fd
CASP1.ORGTh, 28 Jan 2021, 15.30.13
Welcome Guest | RSS
Site menu

Section categories
Tarix [17]Mədəniyyət [17]
Siyasət [57]Sosial [11]
Toloşon Sədo [9]TMH . [9]
Ölkə Xəbərlər [19]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
TMMR-in tarixi [0]Xarici Dildə Məqalələr [2]
Tolışi şeir [10]Multiculturalism [0]
Tolışə Hekoye [2]

Our poll
Rate my site
Total of answers: 4

Statistics

Total online: 1
Guests: 1
Users: 0


00.57.43
15 DEKABR BEYNƏLXALQ ÇAY GÜNÜDÜR

15 DEKABR BEYNƏLXALQ ÇAY GÜNÜDÜR.

Bütün içkilərdən ən xeyirlisi çaydır. Yeganə içkidir ki, miqdarından asılı olmayaraq nə orqanizmə ziyanı yoxdur, nə də insanın,,huşunu " əldən almır.

Kolatan kəndimizin Sovet dövründə bütün iqtisadi inkişafı, əhalinin rifahı, yaşıl çay yarpağı ilə bağlı olub.,,Kommunizm yolu " sovxozumuz ən böyük çayçılıq təsərrüfatı idi. Kənd əhalisinin böyük əksəriyyəti, çay plantasiyalarında, emal fabriklərində işləyirdi. Aylıq əmək haqqı, 13 cü əmək haqqı, illik mükafat...

Samovarı spirtli içkilərə meyilli Ruslar ilk dəfə Tula şəhərində istehsal etsələr də, yalnız çay dəmləmək üçün qaynadılır. Yalnız çay içmək üçün nəzərdə tutulan armudi stakan, Azərbaycana məxsusdur. Forması elə nəzərdə tutulub ki, həm çayı isti saxlayır, həm də içəndə yarpaqlar stakanın dibinə çökür.

Bünövrəsini qədim Çindən götürən çay, məişətimizə elə daxil olub ki, həyatımızı çaysız təsəvvür etmək mümkün deyil. Yeməkdən qabaq çay, sonra çay, iş fasiləsində çay, qonaq gələndə, qonaq gedəndə çay, yolüstü çayxanada cay. Səhər yeməyi şorla isti çörəyin yanında şirin çay olmadı, heç nə. Elə bil müqəddəs ocağa ketdin, ziyarət eləməyib qayıtdın. Elçi gedib, hə cavabını alanda, toyxanada bəy xonçasında ikirəngli şirin çay...

Hətta birinin cibinə 100 manatdan aşağı rüşvət qoyanda da deyirik: ,,Rəis bu rüşvət deyil, çay puludur ".

Son illərdə Lənkəranda istehsal olunan çay Avropada, xüsusilə Rusiyada, Belarusiyada, Ukraynada çox yaxşı satılır, rəqabətə davamlıdır, alıcıların rəğbətini qazanır, xoş sorağına sevinirik. Azərçay brendi ilə qürur duyuruq.

Deyilənə görə doğma Lənkəranımız, yeganə şəhərdir ki, SAMOVARLA ARMUDİ STAKANA abidə qoyulub. Hamınıza isti və pürrəngi çay arzusu ilə, BEYNƏLXALQ ÇAY BAYRAMINIZ MÜBARƏK OLSUN!

15 12 2020 ci il ADİ.

Şəkilin açıqlaması yoxdur.

 

Category: Sosial | Views: 41 | Added by: ruslantalish7 | Tags: CASPİ1.ORG | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  December 2020  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Entries archive

Site friends

Copyright MyCorp © 2021