fd
CASP1.ORGFr, 25 Sep 2020, 22.05.42
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


11.01.34
28 may Azərbaycanda müstəqillik günü qeyd olunur

28 may Azərbaycanda müstəqillik günü qeyd olunur.

 

Mən bütün varlığımla azərbaycanlıyam. Vətənim Azərbaycanı bütöv, bölünməz, çiçəklənən və demokratik bir dövlət kimi görmək istəyirəm. Vətənimdə bütün millətlərin, o cümlədən mənsub olduğum TALIŞ millətinin dilinin, mədəniyyətinin, incəsənətinin qayğısına qalmağının, inkişafının şahidi olmaq istəyirəm.

Bəli, müstəqillik çox böyük sərvətdir, qurur vericidir. Çox xalqlar uzun müddət bu arzu ilə yaşayır, qurbanlar, şəhidlər verir, amma nail ola bilmirlər.

Son 28 ildir biz müstəqil dövlətik, insan resurslarımız və sərvətlərimiz, daha yaxşı və firavan həyat tərzi qurmağa imkan verir. Təəssüflər olsun ki, itir diklərimiz, qazandıqlarımızdan çoxdur. Bu illər ərzində əhalinin təqribən yarısı (bəzi məlumatlara görə 5 mln. yaxın) güzəran dalınca dünyanın dörd tərəfinə səpələnib. Bölgələrdə, kənd yerlərində işsizlik adi bir hal alıb, şəhərlərdə də vəziyyət ürəkaçan deyil. Səriştəsiz idarəetmə, məmur özbaşınalığı, rüşvətxorluq və korrupsiya dövləti didib parçalayır.

20 faiz torpaqları itirdik, gündə şəhid veririk, müdafiə nazirliyinin işi gözə dəymir, müdafiə sənayesinin inkişafı müəmmalıdır.

Heç bir sərvəti olmayan Gürcüstan və Ermənistanın inkişafı və bizdən yaxşı güzəranı göz qabağındadır. Son zamanlar Dağlıq Qarabağda gedən tikinti və quruculuq işləri, Ermənistan rəhbərliyinin açıq aydın bizi təhdidləri bizdə təəssüf hissi doğurur və bizi qıcıqlandırır. Dövlət səviyyəsində buna qarşı heç bir tədbir görülməməsi, ümidsizlik yaradır.

Bütün bunları görəndə, rəhmətlik BƏXTİYAR VAHABZADƏNİN ürək ağrısı ilə dediyi sözlər yadıma düşür:  BİZ BELƏ MÜSTƏQİLLİYİ ARZU ETMƏMİŞDİK.

Hamımıza bölünməz, çiçəklənən və demokratik AZƏRBAYCAN və ümidli sabahlar arzu edirəm!

28 may 2020 ci il.

Adoqlan  İsayev .

Category: ÖLKƏ XƏBƏRLƏRİ . | Views: 74 | Added by: ruslantalish7 | Tags: Adoqlan  İsayev . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020