30 NOYABR BEYNƏLXALQ KOMPYÜTER TƏHLÜKƏSİZLİYİ GÜNÜDÜR.
1988 ci ildən qeyd olunur, məqsəd insanların kompyüterdə olan fərdi və yaxud məhdud sayda insanlar üçün nəzərdə tutulan məlumatları qorumağa diqqət yetirməkdir. Kompüter və müasir informasiya texnologiyaları məişətimizə, işimizə elə daxil olub ki, çoxları həyatını onsuz təsəvvür edə bilmir. Cib dəftərçəsi boyda telefon aparatında, dünyanın məlumat xəzinəsi, ən son xəbərlər, müxtəlif rabitə vasitələri yerləşir. Yeni məkana daxil olanda ilk sualımız: Sizin Vay-Fayın kodu necədir? Şəbəkənin güclü və zəif olması maraqlıdır. İşıq sönəndə geniş dünya gözümüzdə daralır.
Kompüter həyatımıza müxtəliflik gətirib, dünyanın istənilən məkanını virtual olsa da, əlçatan edib. 2020 ci il dünyada pandemiya ilə yaddaşlarda qalacaq. Kompüterin imkanlarını nəzərə alaraq, məktəblər, Ali təhsil ocaqları, müxtəlif peşə sahələri, insanların sağlamlıq və təhlükəsizliyini təmin etmək məqsədilə distansion ,yəni uzaq məsafədən idarə etmə sisteminə keçdilər. Hər bir yeniliyin müsbət tərəfləri kimi, mənfi tərəfləri də olur. Vatsapla elçi getmək, nişan eləmək, xına yaxmaq ,yaxınların toyuna tamaşa etmək heç kəsi təəccübləndirmir. Amma adət ənənələrimiz itib batır. Keçmişdə də, distansion,,məsələlər " az olmayıb. Məsələn N. Gəncəvi İskəndəri Nüşabənin ayağına gətirib, M. Füzuli Leyli ilə Məcnunun məhəbbətini ,,distansion"təsvir edib, B.Vahabzadə Şəhriyarla ,,distansion" dostluq edib. Qarabağ müharibəsi,,distansion " sülh müqaviləsi ilə başa çatdı.
Bəziləri, pandemiyanın sonunu gözləməyib, distansion toy edir, bir yerdə yaşamasalar da distansion uşaq dünyaya gətirib böyüdür, baba-nənə uşaqla distansion oynayır, uşaq idmana, musiqiyə, mal-qara dalınca distansion gedir, robotlaşır, sevgidən, qayğıdan, duyğulardan məhrum olur. Bu distansion uşaqlar böyüyüb özləri valideyn olacaq, məmur və nazir olacaq, dünyanı idarə edəcək. Bax onda...
Uca Allah bizi ağıl və bacarığımızla tək buraxmasın. Dünyada baş verənlər insan üçün bir siqnaldır, Allahın tövbə qapısı həmişə açıqdır.
Sülh məqsədilə kompüter təkmilləşdirənlərə yeni nailiyyətlər, insanlara hidayət arzulayıram.
Allah bizi pənahında saxlasın.
30 11 2020ci il ADİ. |