40 il öncə, 1982-ci il yanvarın 25-də SSRİ-nin ikinci adamı olan Mixail Suslov öldü
40 il öncə, 1982-ci il yanvarın 25-də SSRİ-nin ikinci adamı olan Mixail Suslov öldü.
O, bir dəfə sol qolundakı oynaq ağrılarından şikayət edir. Müayinə zamanı ürək damarlarının aterosklerozu və koronar çatışmazlıq dianozu qoyulur. Suslov isə “mən sizə oynaqlardan şikayət edirəm, siz isə ürək deyirsiniz” söyləyərək yazılan dərmanların qəbulundan imtina edir. Kremlin baş həkimi Yevgeni Çazov yazır ki, o zaman Berger soyadlı amerikalı farmokoloq tanışı ürək damarlarını genişləndirmək üçün Nitronq adlı həb istehsal edirdi. “Mən ondan nitronqu maz şəklində istehsalının mümkünlüyünü araşdırmağı xahiş etdim... Bir müddət sonra Berger mənə xəbər verdi ki, nitronq-maz düzəltmək mümkün olub”. Çazov həmin mazı aparıb Suslova verir və qoluna sürtməsini söyləyir. Effekt gözləntilərdən də güclü olur, ağrılar kəsilir. Suslov da həkimlərə hər görəndə “Sizə deyirdim ürək deyil, oynaqlardır” söyləyərək "heç nə bilmirsiniz" mənasında istehza edir. Çazov da yazır ki, hər dəfə gerçəyi söyləməyim gəlirdi, özümü güclə saxlayırdım