Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  August 2021  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

5 АVQUST BEYNƏLXALQ İŞIQFOR GÜNÜDÜR

5 АVQUST BEYNƏLXALQ İŞIQFOR GÜNÜDÜR.

05 avqust 1914 cü ildə, Amerikanın Klivlend şəhərində ilk işıqfor quraşdırılıb. Bu işıqfor çox sadə, qırmızı və yaşıl işıqlardan ibarət idi. Amma işıqforun tarixi daha qədimdir. Hələ 1868 ci ildə, Cey Nayt adlı bir ixtiraçı London şəhərində işıqfor quraşdırmışdı. Üç ildən sonra, bu işıqfor partlamış, bir nəfəri ağır yaralamışdır. Buna görə də Londonda işıqfordan istifadə qadağan edilmişdir.

Alışdığımız üçrəngli işıqforlar 1920 ci ildə Amerikanın Nyu- York və Detroyt şəhərlərində ilk dəfə tətbiq olunmuşdur.

Keçmiş SSRİ məkanında işıqfor ilk dəfə 1930 cu ildə Leninqrad şəhərində, Nevskiy və Liteynıy prospektlərinin kəsişməsində quraşdırılıb. Həmin ildə Moskva və Rostov şəhərlərində də işıqforlar istifadəyə verilib. 2010 cu ildə Rusiyanın Perm şəhərində işıqfora ilk abidə qoyulub. Hazırda Moskva, Novosibirsk və Penza şəhərlərində də işıqfora abidələr mövcüddür.

Elm və texnikanın, nəqliyyat vasitələrinin geniş istifadə olunduğu müasir dövrdə, həyatımızı işıqforlarsız təsəvvür etmək mümkün deyil. İşıqforlardan həmçinin dəmiryol nəqliyyatında, gəmiçilikdə və dənizçilikdə geniş istifadə olunur. Nəqliyyat vasitələrin və sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə, hələ uşaq bağçasından işıqfordan düzgün istifadə qaydalarını öyrətməyə başlayırlar. Yol nəqliyyat kommunikasiyaları genişləndikcə, işıqforlar da inkişaf edir, yeniləri icad olunur, təkmilləşdirilir. Müasir dövrdə daha işıqlı, zəngli, saatlı( taymerli) işıqforlarla heç kimi təəccübləndirmək mümkün deyil.

Bir vaxtlar yalnız böyük şəhərlərdə mövcüd olan işıqforlar, indi hərəkətin tıhlükəsizliyi üçün kəndlərdə də quraşdırılır. Hələ uşaqlıq illərindən bir həzin mahnı qulaqlarımda indi də səslənir:

Qırmızı, yaşıl, sarı

Bakının işıqları

Sizləri xoşbəxtliyə aparan arzu qanadlı yollar daim rəvan, işıqforlar həmişə yaşıl yansın !

05 08 2021ci il ADİ.

Bir açıq hava şəkili ola bilər

 

23 Sep 2021 в 14.54.27
104
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft