fd
CASP1.ORGTh, 28 Jan 2021, 13.38.05
Welcome Guest | RSS
Site menu

Section categories
Tarix [17]Mədəniyyət [17]
Siyasət [57]Sosial [11]
Toloşon Sədo [9]TMH . [9]
Ölkə Xəbərlər [19]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
TMMR-in tarixi [0]Xarici Dildə Məqalələr [2]
Tolışi şeir [10]Multiculturalism [0]
Tolışə Hekoye [2]

Our poll
Rate my site
Total of answers: 4

Statistics

Total online: 1
Guests: 1
Users: 0


21.17.48
Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək - DİN-dən AÇIQLAMA

Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək - DİN-dən AÇIQLAMA

Açıq havada siqaret çəkənlər də 100 manat cərimələnəcək- DİN-dən AÇIQLAMA1

Sosial şəbəkələrdə açıq havada siqaret çəkən şəxslərin cərimə olunub-olunmayacağı müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a açıqlamasında bildirib ki, açıq havada maskasını çıxararaq siqaret çəkən şəxslər də 100 manat cərimələnəcək:

"Nazirlər Kabinetinin qərarında qeyd olunub ki, maskadan istifadə mütləq və məcburidir. Maskasız siqaret çəkən şəxslər də mütləq cərimələnəcək. Küçədə siqaret çəkməsinlər. Siqaret çəkmək istəyən şəxslər getsin, evində çəksin".

Qeyd edək ki, Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında” qərar verib. Qərarla müəyyən edilib ki, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburidir.

Bu tələblərinin pozulmasına görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Famil Fərhadoğlu

Category: Ölkə Xəbərlər | Views: 65 | Added by: ruslantalish7 | Tags: CASPİ1.ORG | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  November 2020  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930

Entries archive

Site friends

Copyright MyCorp © 2021