Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  May 2021  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Aslan Qurbanovun “kars”a salındığı deyilir

Aslan Qurbanovun “kars”a salındığı deyilir

Bloger Aslan Qurbanovun 7 il azadlıqdan məhrum edilməsi barədə aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmdən apelyasiya şikayəti verilib. Hələ apelyasiya şikayətinə baxılmayıb. Buna baxmayaraq, Aslan Qurbanov istintaq təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülüb. Bu barədə Meydan TV-yə məlumat verən yaxınlarının sözlərinə görə, o, cəzaçəkmə müəssisəsində “karsa” salınıb:

“Aslan Qurbanov haqqında məhkəmənin hökmü hələ qüvvəyə minməyib. Onun cəzaçəkmə müəssisəsinə köçürülməsi qanunsuzdur. Çünki şəxs haqqında hökm qüvvəyə minəndən sonra o, cəzaçəkmə müəssisəsinə köçürülə bilər. Üstəlik, onu köçürən kimi “karsa” salıblar”.

Aslan Qurbanovun vəkili Fariz Namazlı Meydan TV-yə bildirib ki, müvəkkili cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra onunla görüşə bilməyib. Bu səbəbdən onun hazırda hansı şəraitdə saxlandığını dəqiq bilmir: “Aslan Qurbanov haqqında hökm qanuni qüvvəyə minməyib. Apelyasiya şikayəti üzrə heç ilkin baxış iclası keçirilməyib. Buna baxmayaraq, onu cəzaçəkmə müəssisəsinə köçürüblər. Şəxs köçürüləndə vəkilin onunla görüşə bilməsi üçün Penitensiar Xidmətin rəsmi icazə məktubu olmalıdır. İcazə üçün mən Penitensiar Xidmətə müraciət etmişəm. Bu müraciətə baxılması, məktubun verilməsi bir müddət vaxt aparır. Hələ razılıq məktubu yoxdur. Ona görə də görüşə bilməmişəm və durumu, hansı şəraitdə saxlanması haqda məlumatım yoxdur”.

Aslan Qurbanovun yaxınlarının şikayətilə əlaqədar Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Bakı İstintaq Təcridxanasındakı mənbənin Meydan TV-yə bildirdiyinə görə, orada dustaqların sayı çoxdur, bu üzdən saxlanma ilə bağlı problem yaranıb: “Köçürülmə həmin dustağın şəxsiyyətilə bağlı deyil. Başqalarıyla bağlı da bu cür hal olur. Çünki yer yoxdur. Apelyasiya məhkəməsi başlayanda yenə istintaq təcridxanasına qaytarılacaq”.

Aslan Qurbanovu 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları həbs edib. Aprelin 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində onun 7 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Hökmə əsasən, Aslan Qurbanov Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (kütləvi informasiya vasitələrindən istifadə olunmaqla milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələriylə təqsirli bilinib.

İddia olunur ki, bloger “Facebook”, “İnstagram” kimi sosial media platformalarındakı hesablardan dövlət əleyhinə təbliğat aparıb, milli ayrı-seçkilik ehtiva edən paylaşımları olub. Bloger talışların hüquqlarının pozulması, onların ayrı-seçkiliyə məruz qalması haqda həqiqətə uyğun olmayan materialların yayımında ittiham olunur.

Məhkəmənin hökmündə göstərilib ki, o, özünü qismən təqsirli bilir. Amma yaxınları onun ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyir. Apelyasiya şikayətinə də hökmün ləğv olunmasını, ona bəraət verilməsini istəyib. O vurğulayıb ki, nə Azərbaycan dövlətinə zərbə vurub, nə də belə bir niyyəti olub.

Yaxınları onu bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesinin adı açıq olsa da, faktiki qapalı keçirilib. Onun məhkəməsini izləməyə gələnlərin heç biri prosesə buraxılmayıb.

Azərbaycan Talışları İctimai Şurası Aslan Qurbanovun həbsi ilə bağlı bəyanatında bildirib ki, o, “Instagram” əsasən, tanınmiş talış müğənnilərinin mahnılarını, talış yazarların şeir və hekayələrini paylaşırdı, talış əsilli qəhrəmanların təbliğatını aparırdı: “O, talış mədəniyyətini, ədəbiyyatını təbliğ edirdi. Bunu ayrı-seçkilik, dövlətçiliyə qarşı addım kimi dəyərləndirmək düzgün deyil”.

 

15 Jun 2021 в 04.38.12
76
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft