Astara rayon İcra Hakimiyyətinin sabiq əməkdaşının həyat yoldaşı iki azyaşlı övladı ilə birgə özünü beşinci mərtəbədən atıb
Astara rayon İcra Hakimiyyətinin sabiq əməkdaşının həyat yoldaşı iki azyaşlı övladı ilə birgə özünü beşinci mərtəbədən atıb.
Bakının Yasamal rayonunda Abbasova Aytən Maarif qızı iki övladı - 4 yaşlı Abbasova Sofiya Suslan qızı və 3 yaşlı Abbasova Sara Suslan qızı ilə birgə kirayə yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb.
Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova ölüb. Ana və 4 yaşlı Sofiya xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Abbasovanın həyat yoldaşı Suslan Abbasov əvvəllər Astara Rayon İcra Hakimiyyətində aparıcı məsləhətçi vəzifəsində çalışıb. Suslan Abbasov ailəsi ilə birlikdə Astara rayonunun Şiyəkəran kəndində yaşayıb. O, bir müddət əvvəl Rusiyaya gedib, ailəsi isə Bakıya köçüb.
Faktla bağlı araşdırma aparılır.