Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  April 2021  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

ASTARA VƏ BÖLGƏ ZİYALILARININ MÜRACİƏTİ:

AZƏRBAYCAN RESPUBLİKASININ MƏDƏNİYYƏT NAZİRİ CƏNAB ANAR KƏRİMOVA

ASTARA VƏ BÖLGƏ ZİYALILARININ

MÜRACİƏTİ:

Cənab nazir!

Hər bir xalq öz tarixi ilə öyünür, digər xalqların nümayəndələri ilə görüşərkən tarixi keçmişindən danışır, bununla fəxr edir. Tarixi yaşadan, gələcək nəsillərə ötürənsə, tarixi abidələrdir. Abidələr tarixin yadigarı və xalqın milli sərvətidir. Əsrlərin sınağından keçmiş, təbii təsirlərə məruz qalmış və nəticədə qəzalı vəziyyətə düşmüş tarixi abidələr mütləq bərpa olunmalıdır!

Eyni zamanda, tarixi abidələr ölkədə turizmin inkişafına da şərait yaradır.

Şübhəsiz ki, Azərbaycanda son illərin memarlıq abidələri: Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Olimpiya stadionu, metro stansiyaları, körpülər, saysız-hesabsız yeni arxitektura və memarlıq abidələri göz oxşayır. Azərbaycan memarlığı bu gün milli və Şərq memarlığı ilə yanaşı, eyni zamanda Avropa memarlığını da özündə birləşdirir. Bu yeniliklər təkcə Bakıda deyil, bölgələrimizdə də özünü göstərməkdədir. Bütün bunlarla yanaşı, ölkəmizdə tarixi memarlıq abidələrinin qorunması və bərpası istiqamətində də işlər görülür. Çünki hər bir abidə özündə tariximizin müəyyən bir dövrünü əks etdirir.

Respublikamızda olan abidələr sırasında Astara rayonunun Ərçivan qəsəbəsindəki Kərbəlayı Həmid Abdulla hamamı və ləm də vardır. Yerli əhəmiyyətli memarlıq abidələri olan hər iki tikili, hamam 1806 - cı ildə ( 4116 invertar ), ləm isə 1906-cı ildə ( 4091 invertar) inşa edilibdir.

Əgər bu abidələr yaxın vaxtlarda təmir olunmazsa, uçulmaq təhlükəsi ilə üz-üzə qalacaqdır.

Biz, ziyalılar, abidələrin əsaslı şəkildə təmir edilməsini Sizdən xahiş edirik!

Hörmətlə ....

1.Rəşad Mahmudov - Millət vəkili

2.Nuranə Həmidova - müəllim, ictimai fəal

3.İldırım Şükürzadə - müəllim, Bələdiyyə və AJB-in üzvü

4.Ayaz Məmmədov - Rusiya Federasiyası, Krasnoyarsk diyar Azərbaycan Milli - Mədəni Muxtariyyəti sədrinin müavini.

5.Yunus Qulamov - müəllim

6.Vüqar Həmati - "Aləm" jurnalının baş redaktoru, AJB-in üzvü

7.Qahirə Rzayeva - həkim

8.Səfa Ağayev - müəllim, Qarabağ qazisi

9.Ceyran Həsənova - müəllim

10.Leyla Məcidova - tarix üzrə fəlsəfə doktoru, baş müəlllim

11.Məmmədağa Əliyev - müəllim

12.Famil Rzayev - inşaatçı

13.Rüfət Əliyev - politoloq

14.Asəf Ağaquliyev - müəllim.

15.Xalid Həmidov - sahibkar

16.Səfa Rəşid - şair. YYSİB (Yeni yazarlar və sənətçilər İctimai birliyi)

17.Şəhla Cabbarlı - araşdırmaçı-tarixçi

18.Elçin İbrahimli - jurnalist

19.Şirəli Əlyar - yazıçı, şair

20.Əlizaman Baxışov - təqaüddə olan müəllim, şair-publisist, "Talisman" qəzetinin redaktoru.

21.Şahin Rəcəbov - "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyinin icraçı direktoru, kulturoloq, muzeyşünas

22.Fərid Ağayev - mühəndis

23.Vüsalə Abdullayeva - müəllim

24.Reyhanə Tağıyeva - müəllim

25.Zaur Əliyev - müəllim.

26.Azər Kişiyev - müəllim

27.Asim Yusifov - gənc ictimai fəal

28.Azər Ağazadə - müəllim

29.Rauf Abdullayev - təqaüdçü

30.Eldəniz Quliyev - kinodramaturq

31.Renad Əliyev - müəllim

32.Türkay Məlikova - V Televiziya Muğam Müsabiqəsi Laureatı

33.Fail Sirvanov - şair, Rusiyalı iş adamı (FİM mağazalar şəbəkəsinin direktoru)

34.Təzəgül Mərhəmətqızı - müəllim

35.Söhrab Əmrahov - muəllim

36.Məhbubə Mirzəyeva - müəllim

37.Zəfər Abbasov - riyaziyyatçı alim, şair

38.İsmayıl Fətəliyev - müəllim

39.Anar Quliyev - ehtiyatda olan baş müəllim, Silahlı Qüvvələrin Təlim və Tədris mərkəzi

40.Hilal Məmmədov - fizika-riyaziyyat üzrə fəlsəfə elmləri doktoru, dosent

41.Aygül Abdullayeva - müəllim

42.Sarvan Yusifov - ictimai fəal

43.Ravil Rzayev - müəllim, dərslik eksperti

44.Rafiq Cəlilov -Talış Mədəniyyəti Mərkəzinin sədri, "Tolışon Sədo" qəzetinin baş redaktoru

45.Şirməmməd Həmzəyev - müəllim

46.Süleyman Hüseynov - AYB-in üzvü, şair, yazıçı

47.Fərid Sadıqov - müəllim

48.Şərafəddin İlkin - "Orta təhsil" jurnalının baş redaktoru, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü

49.Rəvanə Məmmədova - müəlim

50.Rəşad Həsənov - müəllim

51.Bəhram İbrahimov - dənizçi, yazar

52.Mehman Gözəlov - müəllim

53.Bayrami Allahverdi - təqaüdçü müəllim, şair

54.İstək Mürsəlova - multimediya mütəxəssisi

55.Ümidvar Kəlbiyev - müəllim.

56.Mühiddin Talıbov - müəllim

57.Firudin Abbasov - müəllim

58.Səltənət Qurbanova - müəllim

59.Elmira Cəfərqızı - şairə

60.Ziya Əlinur - tələbə

61.Vüsal Rzayev - müəllim

62.Məmmədağa Axundzadə - ictimai fəal

63.Asif Şəfəqqətov - mühəndis-iqtisadçı

64.Mehman Əliyev - müəllim

65.Müşfiq Kişiyev - Millidestek.az saytının baş redaktoru.

66.Ağarəhim Abdulov - Hamoşam kənd icra nümayəndəsi

67.Nəriman Ağazadə - müəllim

68.Elnur Hüseynov - tarix üzrə fəlsəfə doktoru

69.Muradəli Ağayev - həkim-təqaüdçü

70.Vahid Bağırov - mühəndis geoloq

71.Oqtay Əsgərov - müəllim, hüquq mudafiəçisi

72.Ədail Cabbarlı - təqaüdçü

73.Arzu Ağayeva - müəllim

74.Uğur Ziya - müəllim

75.Mehman Əliyev - müəllim

76.Firuz Teymurov - sahibkar

caspi1.org

18 May 2021 в 23.37.16
107
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft