Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  July 2022  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Astarada yaşayan və təhsil alan İbrahim Fuad oğlu Həsənli ABŞ-nin 3 universitetinə sənədlərini təqdim edib

Astarada yaşayan və təhsil alan İbrahim Fuad oğlu Həsənli ABŞ-nin 3 universitetinə sənədlərini təqdim edib.

Astara rayon Səməd Vurğun adına Təngərüd kənd tam orta məktəbinin məzunu olan İbrahim xaricdə təhsil almağa 11-ci sinfə keçərkən qərar verib. O, hazırlıq prosedurunda, əsasən ingilis dilinə üstünlük verib, dil inkişafı tam 3 ay çəkib. Daha sonra əsas imtahanlara fokuslanıb.

İbrahim ilk iki ayı repetitor yanına gedib, daha sonra əlində olan materiallar ilə hazırlaşmağa qərara gəlib və 5 ay ərzində özü hazırlaşıb. May ayında imtahanlara daxil olub və yetərincə bal toplayıb. Daha sonra sənədlərini Cənubi Texas, Nyu-York Dövlət və Toledo Universitetlərinə yollayıb.

Cənubi Texas Universitetindən 30 min dollarlıq, Nyu-York Dövlət Universitetindən isə 50 min dollarlıq təqaüd qazanıb. Toledo Universitetindən isə cavab gözləyir.

İbrahim 4-cü sinifdə rayon üzrə ilin ən yaxşı şagirdi seçilib. 8-ci sinifdə biologiya fənni üzrə Respublika üzrə, daha sonra tarix fənni üzrə seçilərək diplomla təltif olunub. 9-cu sinifdə buraxılış imtahanında 267 bal toplayaraq Respublika üzrə 8-ci yeri tutub və qırmızı attestat alıb.

10-cu sinifdə o, startapla maraqlanmağa başlayır. Ümumilikdə iki startapı var: birincisi Təhsil Nazirliyi tərəfindən təsdiq alan əlillərin işlə təmin olunması ilə bağlı, ikincisi isə “Edu Love” adlı startap. Burada da əlillərə, ana-atasız uşaqlara və inklüziv təhsil metoduna yer verilib. Buna görə İbrahim “100 parlaq beyin” nominasiyasına layiq görülüb.

İbrahim riyaziyyat fənni üzrə Beynəlxalq olimpiadada dünya üzrə 9-cu yerə layiq görülüb. Daha sonra riyaziyyat fənni üzrə “Sabahın alimləri” 11-ci Respublika müsabiqəsində 3-cü yerə layiq görülüb. Bu da Astara rayonunda bir ilk olub.

İbrahim Həsənli düşünür ki, seçdiyi Beynəlxalq Biznes Administrasiyası ixtisası heç vaxt ölməyəcək, hər zaman rolunu qoruyub saxlayacaq.

Gənc istedadımıza uğurlar və gələcək nailiyyətlər arzulayırıq!

Bir 1 nəfər və mətn şəkili ola bilər

29 Sep 2022 в 11.36.25
51
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft