Astarada yük və minik maşınları toqquşub, ölən var - FOTO
Astarada yük və minik maşınları toqquşub, ölən var - FOTO - VİDEO
Astara rayonunda yük və minik avtomobilləri toqquşub.
APA-nın cənub bürosunun xəbərinə görə, hadisə ötən gün gecə saatlarında rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb.
"QAZ-66" və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində "Hyundai"də olan sərnişin - 1985-ci il təvəllüdlü Astara şəhər sakini Rahim Bəşirov hadisə yerində dünyasını dəyişib.
R.Bəşirovun meyiti aidiyyəti üzrə təhvil verilib. Onun 2 övladının olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Комментариев нет