Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  July 2022  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Astarada zəbt olunmuş çimərlik: İş adamı sahildə "barrikadalar" qurub?

Astarada zəbt olunmuş çimərlik: İş adamı sahildə "barrikadalar" qurub?

Astarada zəbt olunmuş çimərlik: İş adamı sahildə
 
 
 
 
 
 
 
 
 

 

Bir müddət öncə Astaranın Qamışlı kəndində dənizkənarı çimərliyin zəbt olunduğu barədə məlumat vermişdik. Ərazinin yerli icra və bələdiyyə qurumları tərəfindən satıldığı iddia edilirdi. 
Astara sakini Ruslan Dadaşov "Feysbuk" hesabında yazmışdı ki, bələdiyyə sədri həmin əraziləri iş adamı Tofiq Heydərova satıb.
 
Yazıda adıkeçən Tofiq Heydərovun "AAAF Park"ın rəhbəri olduğu bildirilir. 
 
Həmin vaxt "AAAF Park"dan məsələyə münasibət öyrənmək mümkün olmadı. 
 
Qamışlı kənd sakinləri isə çimərliyin qanunsuz zəbt olunduğunu iddia edirlər. 
 
"Arqument.az"ın əməkdaşı bu gün ərazidə olub. 
 
Sakinlər bildiriblər ki, keçmiş bələdiyyə sədri Bəhram Əliyev külli miqdarda pul qarşılığında  ərazini Tofiq Heydərova satıb. 
 
Onların sözlərinə görə, bələdiyyə sədri əvvəlllər həmin ərazini özü zəbt edib istifadə edirmiş. Onun həmin əraziləri Astaranın keçmiş icra başçıları - Oqtay Abbasov və Mahir Quliyevdən saxta sərəncamla aldığı iddia olunur.
 
Oqtay Abbasovun ərazi ilə bağlı sərəncamı məhz ölkə başçısının onu işdən çıxardığı gün verilib. 
 
Sakinlərin fikrincə, sonralar Bəhram Əliyev həmin ərazinin bir hissəsini keçmiş icra başçısı Mahir Quliyevin qudası nehrəmli Hacı İbrahimə hədiyyə edib. Bir müddət sonra isə Mahir Quliyev Biləsuvara icra başçısı təyi olunub, amma ərazi qudasında qalıb. 
 
Mahir Quliyev həbs olunandan sonra isə bələdiyyə sədri həmin yerlərə yenidən əl qoyub və sonda Tofiq Heydərova satıb. 
 
Bildirlir ki, bu ərazilər tarixən yerli əhalinin və rayona gələn qonaqların çimərlik yeri olub: "Hazırda ərazini qeyri-qanuni yollarla əldə edən Tofiq Heydərov sahili tam bağlı vəziyyətə salib, insanların çimərlikdən sərbəst istifadəsini məhdudlaşdırıb. O, çimərliyin yeganə giriş hissəsindən dənizə girişə "barrikadalar" qurub və hər kəsin dəniz çimərliyinə girişinə məhdudiyyətlər yaradıb". 
 
Sakinlərin iddiaları ilə bağlı Tofiq Heydərovdan münasibət almaq mümkün olmayıb. Yazıda adıkeçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. 
 
Ərazidə çəkdiyimiz fotoçəkilişləri təqdim edirik:
 
 






 
17 Aug 2022 в 05.11.11
23
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft