Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  June 2022  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

"Avropa Komissiyası tarixi qərar qəbul etdi - hər bir Gürcüstan vətəndaşını təbrik edirəm" - Baş nazir

 

"Avropa Komissiyası tarixi qərar qəbul etdi - hər bir Gürcüstan vətəndaşını təbrik edirəm" - Baş nazir

 

"İyunun 17-də Avropa Komissiyası tarixi qərar qəbul etdi, hər bir Gürcüstan vətəndaşını təbrik edirəm". 24News.ge xəbər verir ki, baş nazir İrakli Qaribaşvili bu sözləri hökumətin bu günkü iclası zaman dilə gətirib. Onun sözlərinə görə, Avropa Komissiyasının tövsiyəsində qeyd olunduğu və Şuraya ünvanlandığı ikinci məsələ ondan ibarətdir ki, prioritetlər və şərtlər yerinə yetirilən kimi Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verilməlidir: "İyunun 17-də Avropa Komissiyası tarixi qərar verdi. Tarixdə ilk dəfə olaraq Avropa Komissiyası Avropa Şurasına tövsiyə etdi ki, Gürcüstana perspektiv verilsin. Bu, həqiqətən də tarixi qərardır. Ona görə də mən hər bir Gürcüstan vətəndaşını bu tarixi qərara görə təbrik edirəm. Bununla yanaşı, qeyd etmək lazımdır ki, Avropa Komissiyasının tövsiyəsində qeyd olunduğu və Şuraya ünvanlandığı ikinci məsələ ondan ibarətdir ki, prioritetlər və şərtlər yerinə yetirilən kimi Gürcüstana Avropa İttifaqına namizəd ölkə statusu verilməlidir". Baş nazir onu da bildirib ki, tövsiyələrin əksəriyyəti Gürcüstan hökumətinin artıq gündəmində var, lakin bəzi məsələlər dəqiqləşdirilməlidir: "İndi Şura bu tövsiyələri təsdiq edən kimi biz, əlbəttə ki, Brüssellə bu barədə işə başlayacağıq. Bu tövsiyələrin əksəriyyəti artıq gündəmimizdə var. Lakin bəzi məsələlər var ki, onları dəqiqləşdirməliyik və çalışıb namizəd statusu alacağıq”, – deyə Qaribaşvili bildirib. Xatırladaq ki, Avropa Komissiyası Avropa Şurasına Ukrayna və Moldovaya namizəd ölkə statusunun verilməsi, Gürcüstana isə lazımi tələblər yerinə yetirildikdən sonra bu statusun verilməsi barədə müraciət ünvanlayıb.www.24news.ge

28 Jun 2022 в 06.20.23
22
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft