fd
CASP1.ORGSu, 27 Sep 2020, 03.49.35
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


11.23.46
Avropa Məhkəməsinin "Ramil Səfərov qərarı”na Azərbaycandan reaksiyası

Avropa Məhkəməsinin "Ramil Səfərov qərarı”na Azərbaycandan reaksiyasıRamil SəfərovFotonun müəllifiATTILA KISBENEDEK/GETTY

Image caption"Ramil Səfərov işi" ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qərarını elan edib.

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM, Avropa Məhkəməsi) "Ramil Səfərov işi" ilə bağlı qərar çıxarıb.

Qərara Azərbaycandan reaksiyalar birmənalı olmayıb. Bəzi təhlilçilərə görə, Azərbaycan "qanundan istifadə edilərək cəzalandırılıb" və bu qərar beynəlxalq nüfuza "təsirsiz ötüşməyəcək".

Azərbaycan Xarici İşlər Nazirliyi qərarla bağlı bildirib ki, məhkəmə Ermənistanın "əsas niyyətini təmin etməyib".

Bəzi millət vəkilləri hesab ediblər ki, qərar "siyasi təzyiq" rolu oynayır.

Prezident Adminstrasiyasın sektor müdiri müdiri Çingiz Əsgərov qərar elan edilməzdən əvvəl BBC News Azərbaycancaya deyib ki, "qərar Azərbaycanı qane etməsə Avropa Məhkəməsinin Böyük Palatasına şikayət verilə bilər.

Qərarda nə deyilir?

Qərarda göstərilir ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasının "yaşamaq hüququ" (2-ci maddə) və "etnik ayrı-seçkiliyin qadağan olunması" (14-cü maddə) maddələrini "pozub".

Məhkəmənin qənaətinə görə, "Azərbaycan etnik nifrət cinayətinə görə xaricdə həbs olunmuş və qaytarıldıqdan sonra əfv olunmuş, vəzifəsi artırılmış və müavinət verilmiş zabitinin həbs cəzasını əsassız icra etməyib. Zabitin hərbi vəzifəsinin qaldırılmasının və ona müəyyən müavinət verilməsinin qanuni bazası yoxdur. Yaşamaq hüququna qarşı törədilmiş cinayətlərdə cəzasızlığın olması dövlətin belə cinayətlərin qarşısını effektiv şəkildə almaq öhdəliyinə uyğun deyil."

Məhkəmə qərarında "Azərbaycanın cinayətləri aydın və birmənalı olaraq "özününki kimi" "tanımadan" və "qəbul etmədən" öz zabiti tərəfindən şəxsi zəmində törədilən cinayətləri "təsdiq" və "təqdiri" barədə qeyd də edilib.

Qərarda deyilir ki, Macarıstanda cinayət araşdırmasının qüsurlu aparılması ilə bağlı kifayət qədər dəlil yoxdur.

Məhkəmə Macarıstanın zabitin Azərbaycana göndərməsində heç bir prosedur qaydanı pozmadığını, prosedurun Avropa Şurası Konvensiyasının məhbusların mübadiləsi qaydasına uyğun olduğunu açıqlayıb.

Məhkəməyə görə, macar rəsmilərinin məhbusun Azərbaycana qayıdandan sonra sərbəst olacağı barədə bildiyi və ya bilməsi gərəkməsi barədə dəlil yoxdur.

Qərara əsasən, Azərbaycan ərizəçilərə xərclərə görə 31 min 600 manat ödəməlidir.

Qərar Ermənistandan olan iki şikayətçi - qətlə yetirilmiş Qurqen Marqaryanın babası Samvel Minosyan və Hayk Mukuçyanın Azərbaycan və Macarıstana qarşı verdiyi şikayət əsasında verilib.

Azərbaycan: "Ermənistanın əsas niyyəti təmin edilməyib"

Azərbaycanın Xarici İşlər Nazirliyi qərarla bağlı bildirib ki, məhkəmə əslində Ermənistanın "əsas niyyətini təmin etməyib".

XİN sözçüsü Leyla Abdullayeva deyib ki, "AİHM-in 2015-ci il Çıqarovların işi üzrə qərarının icrası təmin olunmayanadək, rəsmi Yerevanın Azərbaycandan Avropa Məhkəməsi ilə bağlı nə isə tələblər irəli sürməsinə heç bir mənəvi haqqı yoxdur."

"Məhkəmə qərarı əsas çəkişmə obyekti olan əfv fərmanının ləğvini və ya əlaqədar şəxs üzrə işin yenidən açılmasını tələb etmir. Digər tərəfdən, yaşamaq hüququnun maddi pozuntusu ilə bağlı iddia da rədd edilib", - Leyla Abdullayeva deyib.

XİN-nin sözçüsü bildirib ki, məhkəmənin qənaətincə Azərbaycan hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz.

"Məhkəmədə Ramil Səfərovun Azərbaycanın işğal olunmuş Cəbrayıl rayonunda anadan olduğunu, yaxın qohumlarını müharibədə itirdiyini, hələ yeniyetmə ikən məcburi köçkün həyatı yaşadığını nəzərə alınmalı idi", - Leyla Abdullayeva əlavə edib.

"Nüfuza zərbə"

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, Ramil Səfərov əfv olunana kimi hüquqi məsələlərə əməl olunub, amma qaytarılandan sonra onun "qəhrəman kimi qarşılanması hər şeyi korlayıb".

Zərdüşt Əlizadənin sözlərinə görə, "ermənilər qanundan istifadə edib Azərbaycanı cəzalandırıb və ölkə millətçilər və hakimiyyətinin bacarıqsızlığı ucbatından növbəti dəfə uduzub."

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli qərarı ölkənin imicinə "zərbə" hesab edir.

"Yaxşı hal deyil... Burada bir nüansı biz gözdən qaçırmamalıyıq ki, Ramil Səfərov ekstradisiya olunandan sonra onun əməli təbliğ olundu və o ölkədə qəhrəman kimi qarşılandı. Bununla da Azərbaycan hakimiyyəti öz imicinə zərbə vurdu. Bu məsələdə həm beynəlxalq təşkilatlar tərəfindən, həm də müxtəlif hüquq müdafiə qrupları tərəfindən ciddi reaksiyalar olmuşdu", - Anar Məmmədli deyib.

Cənab Məmmədliyə görə, hakimiyyətin müxtəlif qolları onu qəhrəman kimi təqdim edib, ondan daxili auditoriyaya yönəlmiş kampaniyada istifadə ediblər. Bu işləri ölkənin nüfuzunu nəzərə almadan atıblar.

XİN-dən qərarın Azərbaycanın nüfuzuna təsiri barədə şərh almaq mümkün olmayıb.

Hakim Yeni Azərbaycan partiyasından deputat Məlahət İbrahimqızı deyir ki, Ramil Səfərov azad olunanda ona rəğbət bildirilməsi dövlətin siyasi iradəsi deyil.

"Hansısa qurum, QHT, ziyalı, vətəndaşın şəxsi yanaşması, emosional duyğularıdır. Azərbaycan dövləti bu gün də bəyan edir ki, Dağlıq Qarabağın erməni icması gəlsə, biz onlara öz vətəndaşımız kimi yanaşacağıq", - Məlahət İbrahimqızı əlavə edib.

"Ramil Səfərov məsələsi ona qarşı təxribat nəticəsində baş verib. O isə işğal altında olan bölgədəndir, məcburi köçkün həyatı yaşayıb, ailəsində həlak olanlar, itkin düşənlər olub və psixologiyası bu təxribatlara tab gətirməyib. Belə qərarlarla çalışırlar ki, təki Azərbaycanın üzərində ləkəli bir əməl olsun", millət vəkili deyib.

Məlahət İbrahimqızı onu da deyib ki, məhkəmə qərarı tamamilə Azərbaycanın əleyhinə deyil.

"Məhkəmə əfv fərmanının ləğvi barədə iddiaları qəbul etməyib və onun götürülməsi üçün də dövlətin üzərinə məcburi məsuliyyət qoymayıb. Burada Macarıstanın günahlandırılması da tanınmadı, qəbul olunmadı", - Məlahət İbrahimqızı bildirib.

Millət vəkili deyib ki, "Ramil Səfərov hadisəni məcburi köçkün, hərbiçi, yaxınlarını itirmiş biri kimi emosinal hisslər altında törədib. Buna görə də etnik ayrı-seçkilik məsələsi maddəsinin tətbiqi tamamiylə əsassızdır".

"Siyasi təzyiq"

Millət vəkili, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyətinin üzvü Asim Mollazadə AİHM-in "siyasiləşdiyini" iddia edib.

Onun sözlərinə görə, AİHM-nin qərarlarına "lobbiçiliyin təsiri Avropa prinsiplərinə böyük xələl gətirir".

"Biz bunu bir çox hallarda Avropa strukturlarında görürük ki, erməni lobbiçiləri Azərbaycana qarşı açıq mücadilə aparırlar və hər fürsətdən istifadə edərək Azərbaycana təzyiq etmək istəyirlər. Onlar mənfi imic yaratmaq istəyirlər ki, Qarabağın işğalına dəstək qazansınlar", - cənab Mollazadə BBC News Azərbaycancaya bildirib.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, Azərbaycan tərəfinin Ramil Səfərovun ekstradisiyası və əfvi ilə bağlı qərarlarında hər hansı bir "ciddi hüquqi yanlışlıq yoxdur".

O, bu baxımdan Ermənistan tərəfinin həm hadisənin törədilməsi, həm də Azərbaycan hakimiyyətinin etnik nifrət zəminində tövsif etməyi iddiası ilə "qəti razılaşmadığını" deyib.

"Dünyada minlərlə Azərbaycan vətəndaşı Ermənistan vətəndaşı ilə qarşılaşır, bir yerdə yaşayır, mübahisə edir, susurlar, amma birinin digər birini öldürməsi çox nadir hadisədir. Bu konkret şəxslər arasında baş vermiş bir hadisədir. Bu etnik zəmində yox, emosional, affekt vəziyyətində baş vermiş hadisələrdir", - İsa Qəmbər BBC News Azərbaycancaya bildirib.

Bundan sonra nə ola bilər?

Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri üzrə sektor müdiri Çingiz Əsgərov bildirib ki, "qərarın şərh edilməsi hələ tezdir".

"Qərarı müzakirə edəcəyik. Azərbaycan burada tərəflərdən biridir. Qərar Azərbaycanı qane etməsə bundan Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasına şikayət verə bilər", - Çingiz Əsgərov qərar verilməzdən öncə BBC News Azərbaycancaya deyib.

Vəkil Xalid Ağaliyevə görə, Azərbaycanın bunu etmək üçün üç ay vaxtı var, çünki qərar hələ üç ay sonra qüvvəyə minəcək.

Ramil Səfərov qərardan əvvəl BBC News Azərbaycancaya məhkəmə işi ilə bağlı şərh verməyib.

Nə baş verib?

Azərbaycanın hazırda Ermənistanın nəzarətində olan Cəbrayıl rayonunda doğulan 43 yaşlı Ramil Səfərov 2004-cü ildə Müdafiə Nazirliyinin sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən üç aylıq ingilis dili kurslarına qatılıb.

Həmin ilin fevralın 19-da, kursun bitməsinə 20 gün qalmış kurs yoldaşı, əslən erməni olan Qurqen Marqaryanı təhqirə görə qətlə yetirib.

O, 2006-ci ilin aprelin 13-də Budapeşt Şəhər Məhkəməsinin qərarı ilə ömürlük azadlıqdan məhrum edilib.

2012-ci ildə Ramil Səfərov Macarıstandan Azərbaycana ekstradisiya olunub və elə həmin vaxt Prezident İlham Əliyev tərəfindən əfv olunub.

Ramil Səfərov əfv olunduqdan sonra yerli mətbuatda onun mayor rütbəsi ilə təltif olunması, Macarıstanda həbsdə qaldığı illərdə yığılmış məvacibinin ödənilməsi və mənzil bağışlanılması ilə bağlı məlumatlar dərc olunub.

O, həbsdə olduğu müddətdə Maqda Sabonun "Qapı", Ferens Molnarın "Pal küçəsinin oğlanları" kitablarını macar dilindən azərbaycan dilinə tərcümə edib. (bbc.com)

 

caspi1.org 

Category: SİYASƏT . | Views: 80 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020