Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluş verdiyi “Göyçək Fatma” tamaşası kiçik yaşlı tamaşaçılara t

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru Gülnar Hacıyevanın quruluş verdiyi “Göyçək Fatma” tamaşası kiçik yaşlı tamaşaçılara təqdim edilib.

 

Teatrdan kanalımıza verilən məlumata görə, tamaşadan öncə teatrın direktor müavini Əməkdar artist Vidadi Məmmədov qeyd edib ki, Sumqayıt Dövlət Dram Teatrı hər zaman özünün sadiq kiçik yaşlı tamaşaçılarını düşünərək onların asudə vaxtlarının xoş keçməsi eyni zamanda mənən zənginləşməsi üçün dəyərli tamaşalara yer ayırıb.


Həmçinin milli mənəvi dəyərlər üstündə qərar tutan tamaşaların uşaqların formalaşmasında əhəmiyyətindən danışdıqdan sonra nağıl-tamaşa tamaşaçılara təqdim olunub. Böyük maraq və alqışlarla qarşılanan tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, quruşçu rəssamı Elşən Sərxanoğludur. Rəqslərin quruluşu isə Rusiya Ali Teatr Məktəbinin məzunu Vüsal Mehrəliyevə məxsusdur. Rollarda Aynur Hümmətova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Gülnarə Qədirova, Mətanət Əmrullayeva, Yeganə Məmmədəliyeva, Elmir Mehdiyev, Kamran Muradlı, İlqar İbrahimov, Rövşad İlyasov, Ceyhun Məhərrəmov, Şəmistan Süleymanlı, Fizuli Qərənizadə, İradə Zeynalova çıxış edirlər.

Tamaşa məktəblilər tərəfindən böyük maraq və sevinclə qarşılanıb.

Mədəniyyət .

22 Jan 2022 в 08.26.27
56
Добавил ruslantalish7
Оценок нет
Теги: Mədəniyyət .
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft