Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşa şəhərlərində olublar

Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları Füzuli və Şuşa şəhərlərində olublar. 

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitinin iştirakçıları oktyabrın 29-da Füzuli və Şuşa şəhərlərində olublar.

Mədəniyyət Nazirliyindən kanalımıza verilən məlumata görə, 20-yə yaxın ölkədən rəsmi şəxslərin, investorların və startapların iştirak etdiyi səfər Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə bu yaxınlarda istifadəyə verilmiş Füzuli Beynəlxalq Hava Limanından başlayıb.

Füzulidən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gedən qonaqlar Ermənistan tərəfindən işğal dövründə törədilmiş dağıntı və vandalizmin nəticələri, Azərbaycan hökuməti tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri, şəhərin tarixi-mədəni irsi, eləcə də Qarabağ regionunun iqtisadi və investisiya potensialı ilə tanış olublar. Şuşa mərkəzi meydanı, Şuşa qalası, Yuxarı Gövhər ağa məscidi və Cıdır düzü qonaqların böyük marağına səbəb olub. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qonaqlara Füzuli və Şuşa şəhərləri barədə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Daha sonra sammit iştirakçıları Gəncə şəhərində olublar. Məlum olduğu kimi, 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib və Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti də məhz dahi şairin 880 illiyinə həsr olunub. Qonaqlar Gəncə şəhərində İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən raket hücumuna məruz qalmış yaşayış məntəqəsində olub, terror aktı qurbanlarının xatirəsini yad ediblər. Sammit iştirakçıları, həmçinin, görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, Gəncə Dövlət Filarmoniyasında Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş mədəni tədbirdə iştirak ediblər.

Qeyd edək ki, 27-29 oktyabr tarixlərində Bakıda keçirilmiş Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilib. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak edib. Sammit çərçivəsində 7 mövzuda panel müzakirələr və ikitərəfli görüşlər təşkil olunub, İƏT ölkələrindən 50 startapın təqdimatı, gənclərin iştirakı ilə konfrans, Nizami Gəncəvinin 880 illiyi ilə bağlı mədəni proqram və digər tədbirlər təşkil olunub.

 

Mədəbniyyət.

06 Dec 2021 в 22.43.20
32
Добавил ruslantalish7
Оценок нет
Теги: Mədəbniyyət.
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft