Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  June 2022  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Azərbaycan vətəndaşı, talış xalqının nümayəndəsi Mehdibəy Səfərov tərəfindən

Azərbaycan vətəndaşı, talış xalqının nümayəndəsi Mehdibəy Səfərov tərəfindən

                                                               MÜRACİƏT

Cənab Prezident!

Sosial şəbəkələr üstündən Sizə müraciət etməyimin səbəbi aşağıda toxunduğum problemlə bağlı, dəfələrlə rəsmi məktublar vasitəsi ilə ünvanınıza göndərdiyim müraciətlərimin cavabsız qalması ilə əlaqədardır.

O üzdən, mənsub olduğum talış xalqının dövlət konstitusiyasında təmsil olunmuş təməl hüquq və azadlıqlarının həyata keçirilmısində mövcud problemlər paketinin başlıca bölməsi olan, ana dilində təhsilin vəziyyəti ilə bağlı, sosial mediya üstündən Sizə müraciət etməyi qərara aldım.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmi hesabatında talışların kompakt yaşadıqları yaşayış məntəqələrinin 254 orta ümumtəhsil məktəblərində ibtidai siniflərdə həftədə 2 dəfə olmaqla, ana dili dərsi tədris edilir. Əslində bu məlumat təqdirəlayiq hal kimi, qiymətləndirilməlidir. Səd heyf ki, verilən bu məlumatlar reallığı özündə əks etdirmir.

Vətəndaş cəmiyyəti nümayəndələri olaraq, təmsil olunduğumuz ictimai birliklərin keçirtdikləri manitorinqin nəticələrinə əsasən, böyük təəssüf hissi ilə nəzər diqqətinizə çatdırmaq istəyirəm ki, TN-nin rəsmi hesabatında göstərilən 254 məktəbdə talış dili dərsi ya müvafiq standartlara uyğun keçirilmir, ya da ümumiyyətlə tədris edilmir.

Talışlar doğma vətənimiz Azərbaycanın müstəqillik qazanılmasında, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasında lazımi töhvəsini vermiş mərd, məğrur və qürurlu vətəndaşlardır! Onlar Azərbaycanın çiçəklənməsi və inkişafı naminə, hər zaman avanqard olmuş və bundan sonra da olacaqlarına şübhə yoxdur! Bütün bunlara baxmayaraq, talışların əzəli və əbədi vətənləri olan, bu günkü müstəqil Azərbaycan Respublikasında ləyaqətli və qürurlu milliözünüifadələri ilə bağlı, problemləri indiyə kimi, həllini tapmamışdır! Talışlar belə diqqətsizliyə layiq vətəndaşlar deyillər!

Cənab Prezident!

Talış balalarının ana dillərində keyfiyyətli təhsil almaları üçün, aşağıdakı təxirəsalınmaz problemlərin həlli istiqamətində sərəncam verməyinizi xahiş edirəm:

1. 16 il əvvəl nəşr edilmiş talış dili dərsliklərin tamamilə yararsız vəziyyətə düşməsi səbəbindən, müasir kurukulum standartlarına uyğun, yenidən nəşr edilsin;

2. Lənkəran Dövlət Universitetində, eləcə də regionun texnikum və kolleclərində talış dilini tədris edə bilən müəllim kadrların hazırlanmasına start verilsin;

3. Ana dilinin normativlərə uyğun səviyyədə mənimsənilməsi naminə, talış dili fənni orta ümumtəhsil məktəblərinin 9-cu sinfinə kimi tədris edilsin;

4. Talış dili fənni orta ümumtəhsil bazasında buraxılış imtahanları siyahısına daxil edilsin.

Müraciətimin aktuallığını və həlli vacibliyini nəzərə alaraq, pozitiv reaksiya verməyinizə ümid edirəm.

Hörmətlə, Mehdibəy Səfərov

Azərbaycan Respublikası, Lerik rayonu, Cənginəvud kəndi.

12 may 2022-ci il.

28 Jun 2022 в 05.59.21
32
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft