Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  March 2022  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Azərbaycanda bulaq, çaylardan su doldurmaq pullu olacaq — RƏSMİ

Azərbaycanda bulaq, çaylardan su doldurmaq pullu olacaq — RƏSMİ

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi sudan ödənişli istifadə sahəsində yenilikləri açıqlayıb.

Demokrat.az xəbər verir ki, nazir müşaviri Rasim Səttarzadə bildirib ki, bu günədək ölkədə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi.

O qeyd edib ki, sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb. Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək".

R.Səttarzadənin sözlərinə görə, su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq: “Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir”.

Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib: "Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq. İstifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi ödənişsiz olacaq”.

O, suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd edib.     Rza
caspı1.org

19 May 2022 в 15.42.06
40
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft