Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  September 2022  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

AZƏRBAYCANIN İLK MİLLİ QƏHRƏMANLARINDAN VALEH MÜSLÜMOVUN DOĞUM GÜNÜDÜR

AZƏRBAYCANIN İLK MİLLİ QƏHRƏMANLARINDAN VALEH MÜSLÜMOVUN DOĞUM GÜNÜDÜR.

Müslümov Valeh Əlizaid oğlu 1968-ci il 2 sentyabrda Lerik rayonunda doğulmuşdur. 1983-ci ildə 2 saylı Lerik rayon orta məktəbini səkkizinci sinfini bitirmiş və Sumqayıt şəhər 17 saylı peşə məktəbində dülgər ixtisasına yiyələnmişdir. Bir müddət Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışır. 1986-cı ildə hərbi xidmətə çağırılır, 1988-ci ildə ordudan tərxis olunaraq Sumqayıta qayıdır.

Subay idi.

1991-ci ilin avqustunda DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayır. Şuşa, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edir. 1992-ci il aprel ayının 10-da Marquşevan kəndində gedən döyüşdə qəhrəmanlıq göstərir, qeyri-bərabər döyüşdə yaralanır, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmadı.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Lerik rayonunda dəfn edilmişdir. Milli Qəhrəmanın adını daşıyan Lerik şəhər 2 nömrəli orta məktəbdə xatirə muzeyi açılıb.

Bir 1 nəfər və mətn şəkili ola bilər

 

29 Sep 2022 в 10.16.10
27
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft