fd
CASP1.ORGTh, 26 Nov 2020, 12.03.57
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [15]MƏDƏNİYYƏT . [15]
SİYASƏT . [54]SOSİAL . [6]
TOLOŞON SƏDO . [5]TMH . [5]
ÖLKƏ XƏBƏRLƏRİ . [18]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]Xarici Dildə Məqalələr [2]
[0]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


22.45.37
AZƏRBAYCANIN ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏK NAMİNƏ APARDIĞI QARABAĞ SAVAŞINDA ELVİN İRŞADOVUN MÖVQEYİ

AZƏRBAYCANIN ÖZ ƏRAZİ BÜTÖVLÜYÜNÜ BƏRPA ETMƏK NAMİNƏ APARDIĞI QARABAĞ SAVAŞINDA ELVİN İRŞADOVUN MÖVQEYİ

Salam əzizlər. Bu dəfəki yazımızda talışların Qarabağ müharibəsində, vətəndaşları olduğu Azərbaycan dövlətinə nə kimi münasibət bəsləməli olduqları, müharibədə iştirakları barəsində olacaqdır. “Nədən talış milləti Qarabağ müharibəsində Azərbaycan dövlətinin yanında olmalıdır"?" sualı, bu günlərdə hesab edirəm, hər bir talışı, ələlxüsus talış fəallarını olduqca düşündürən məsələdir. Inşallah ki, kiçik yazımızda bu suala cavab tapmağa çalışacağıq.

1) Talışların birmənalı olaraq, Azərbaycan coğrafiyasında ən qədim, avtoxton xalqlardan olması təkzibolunmazdır. Azərbaycan isə, çoxmillətli dövlət olduğundan, ölkə ərazisində yaşayan hər bir etnos , o cümlədən talışlar Azərbaycanı haqlı olaraq öz dövlətləri hesab etməlidirlər. Beləcə, dövlətlərini qorumaq talışların mükəlləf olduqları məsələdir.

2) Talışlar Azərbaycan Respublikasının vətəndaşları olduqları üçün, dövlət-vətəndaş münasibətlərinin tələblərini, qarşılıqlı məsuliyyətlərini gözləməlidirlər. Bütün Azərbaycan Respublikası vətəndaşları kimi, talışlar da dövlətdən müəyyən haqlara (sosial siyasi vəs) sahib olduqlarından, dövlət qarşısında vətəndaşlıq borclarını da qaytarmalıdırlar. Xatırladaq ki, hərbi xidmət ölkəmizdə icbaridir. Yəni məcburilik prinsipi, millətindən asılı olmayaraq hər bir hərbi xidmətə yararlı vətəndaşa tətbiq olunur.

3) Talışların ölkədə bir çox əsaslı milli -mədəni problemlərlə üz -üzə qaldıqları inkar oluna bilməz. Adətən, bu çatışmamazlıqları , taleyüklü Qarabağ münaqişəsinin illərdir müsbət həllini tapmaması, müharibə şəraiti ilə əlaqələndirirlər. Talışlar dövlətlərinə əllərindən gələn köməyi etməklə, Qarabağ probleminin həllinə nail ola və nəticədə, talış milli-mədəni haqlarının bərpa edilməsi yönündə əngəl göstərdikləri maneəni aradan götürə bilərlər.

4) Ölkədə talışların millət olaraq ciddi problemlərlə üzləşdiyini arqument gətirən bəzi talışların radikal çıxışları,dövlət tərəfindən müharibə şəraitinin tələblərinə uyğun müəyyən cəza tədbirlərinin daha kəskin formada tətbiq edilməsini labüd edəcəkdir. Bu isə, talışlara yaxşı heç nə vəd etmir.

5) Talışların mütləq əksəriyyəti faktiki olaraq müharibənin lehinədirlər.Belə olan halda, cəbhədəki, övladlarımızı dəstəkləməkdən başqa çarə yoxdur. Çalışaq cəbhədə qan tökən cəsur oğullarımızın əməyinə kölgə salmayaq. Müharibənin əleyhinə olan talış ictimai-siyasi xadimləri, fəallar bunları nəzərə almalıdırlar.

6) Talışlar barəsində gəzən bəzi həqiqətə uyğun olmayan şayiələri (separatçılıq vəs) balalarımız elə bu müharibədəcə igidlik göstərərək dəfn etməlidirlər, necə ki, bunu edirlər. Əlhəmdulillah, artıq biz cəbhədə bu millətin necə fədakarcasına vuruşduğunu görməkdəyik.

7) Talışlar Qarabağ müharibəsindəki iştirakları ilə bütün düşmənlərinə ciddi mesaj verməli, gələcəkdə talışa uzanan əllərin necə kəsiləcəyini əyani nümayiş etdirməlidirlər.Necə deyərlər , biz sülhpərvər xalqıq, amma önümüzdəki bunu istədiyi müddətcə.

8)Öncələr,dəfələrlə qeyd etdiyim ki, Qarabağ məsələsi talışlar üçün həmdə mənəvi bir məsələdir, vicdan borcudur. Bu gün talışlar vicdanlarının səsinə səs verməklə müsəlman qardaşlarının haqq işini dəstəkləməkdədirlər.

Əziz talış qardaş-bacılarım.Gəlin bir daha dövlətimizin ətrafında birləşək, həmrəy olaq, milli -mədəni problemlərimizin həlli üçün fürsət verək. Əgər bu müharibə inşaəllah ki, xalqımızın qalibiyyəti ilə başa çatandan sonra, millətimizə qarşı ənənəvi münasibət dəyişməzsə, problemlərinin həlli istiqamətində cəhdlər göstərilməzsə, şəxsən bu ölkənin talış əsilli bir vətəndaşı kimi mən mövqeyimi dəyişməli olacam. Hər halda çox ümidliyik, inanırıq ki,millətimizi Azərbaycan dövlətinin himayəsində işıqlı gələcək gözləyir.

Cəbhədə olan əziz övladlarımızı ancaq qalibiyyət bizə sağ-salamat qaytara bilər. Bu yoldan artıq dönüş yoxdur.

Diqqətinizə görə minnətdaram.

QARABAĞ AZƏRBAYCANDIR!

Elvin İrşadov

 

Category: SİYASƏT . | Views: 71 | Added by: ruslantalish7 | Tags: Elvin İrşadov | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  November 2020  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930

Entries archive

Site friends

Copyright MyCorp © 2020