fd
CASP1.ORGFr, 25 Sep 2020, 22.27.58
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


18.45.12
AZƏRBYCAN TALIŞLARIN İCTİMAİ ŞURASININ BƏYANATI

                                                                       AZƏRBYCAN TALIŞLARIN İCTİMAİ ŞURASININ

                                                                                                       BƏYANATI 

Dünən, 18.05.2020 tarixdə, təxminən 13:00 radələrində sosial şəbəkələrdə “Umar Ali” ləqəbi ilə tanınan ictimai fəal İrşadov Elvin Nurəddin oğlu 190 manat məbləğində sosial yardımını almaqdan ötrü Lənkəran şəhərindəki "Kapital bank" bankomatında növbə gözləyərkən “polisə müqavimət” bəhanəsiylə həbs edilmişdir.

Minlərlə izləyiciləri və xalqı tərəfindən rəğbətlə qarşılanan İrşadov Elvin mütəmadi olaraq Talış regionunun və əhalinin bu və ya digər problemlərini dinc şəkildə gündəmə gətirməklə tanınan bloqer idi. O, yerli hakimiyyət orqanlarının bir çox haqsız əməllərini kəskin şəkildə tənqid etdiyinə görə dəfələrlə təqib, təzyiq və həbslərə məruz qalsa da haqq və ədalət naminə mübarizə yolundan geri çəkilməmişdir.

İrşadov Elvin 1990-cı ildə Astaranın Siyakü kəndində doğulmuş və boya-başa çatmışdır. Min bir maddi və mənəvi ehtiyaclardan irəli gələrək ev-eşiyini və həyətini satmağa məcbur olmuş kasıb valideyinləri Lənkəranın Parakənd kəndində kiçik bir hökümət evində sığınacaq tapmağa məcbur olmuşlar. Atasını itirdikdən sonra ailəsinin bütün çətinlikləri Elvinin çiyinlərində olsa da o, yerli orqanların təqib, təzyiq və hədə-qorxularından çəkinməyərək, xalqının, yerli əhalinin, kəndçilərinin və digərlərinin hüquq və azadlıqlarının qorunması naminə əlindən gələni əsirgəməmişdir.

Azərbaycan Talışların İctimai Şurası xalqının fədakar oğlu Elvin İrşadovun bilavasitə ictimai-siyasi baxışlarına görə sifarişli və provakasiya xarakterli həbsini qətiyyətlə pisləyir və onun dərhal azad edilməsini tələb edir.

 

caspi1.org

Category: SİYASƏT . | Views: 100 | Added by: ruslantalish7 | Tags: Caspi1.org  xəbər agentliyi . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020