Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

“Azad ruhların qələbəsi”

“Azad ruhların qələbəsi”

AZADLIQ. Ucadan deyildiyi zaman daha da möhtəşəm səslənir. İnsan nə üçün azadlıq istəyir, niyə ona çatmaq uğrunda mübarizə aparır? Görəsən azadlıq “hardadır?” və “ necədir?” Azadlığa daha çox azad yaşamaq, azad fikrini söyləyə bilmək kimi bir çox mənalarda işlənir. Az qala bütün azadlıqları əlindən alınan sadə insanlarımızın dili ilə dəsək bu, istədiyi kimi yaşamaq, istədiyi fikri söyləmək mənasını daşıyır. Azadlığa bu cür şərh vərməklə, məncə, məsələnin əsl mahiyyətindən uzaqlaşaraq, insanların nə üçün azadlığa ehtiyac duyması kimi vacib məsələni unuduruq. Lakin azadlıqları məhdudlaşdırılan bizim cəmiyyət kimi cəmiyyətlərdə məsələyə bu yöndən baxa bilmək o qədər də asan deyil. İnsanlarımızın çoxu mövcud rejim əleyhinə bir fikir söylədiyi zaman tez ətrafına nəzər salmaq, görəsən kimse eşitdimi sualını içində götür-qoy eləmək qədər ağır bir vəziyyətlə üz-üzədir. Bu vəziyyət mənə Corc Orvelin məşhur “1984” kitabındakı avtoritar rejimlərin mənfur xüsusiyyətlərini izah etmək üçün işlətdiyi “fikir polisi” və “böyük ekran” obrazlı ifadələrini xatırladır. Deməli, bu məhfumlar iradəmizdən asılı olmayaraq artıq beynimizdə yaradılıb və yaranıb. “Fikir polisi hər yerdə bizi izləyir”. 

Bu qədər çətin duruma rəğmən azadlığını açıq şəkildə tələb edən, insanları da buna səsləyən, başına gətirələcək bütün işgəncələri gözə alan qəhrəman insanlarımızı da görürük. Bunları gördüyümüz halda niyə özümüzə sual vermirik ki, görəsən onlar bunu necə etdilər. Cavab çox sadədir. Onlar bütün ruhlarını bürüyən qorxu hissinə qalib gələ bildilər. İnsanlarımızı bu ağır şəraitdə yaşamağa vadar edən rəzil qorxu hissini. O qorxu hissini ki, insanın bütün ruhunu, fikirlərini və dolayısıyla bütün yaşamını ələ keçirərək azadlığın mahiyyətini başa düşməyə və sonda azadlıq hissini dadmağa imkan vermir. Əgər bizim hər birimiz də bu qorxu hissini yenə bilsək, ruhumuzu və fikrimizi azad etmiş olarıq. Deməli, axtardığımız sualların cavabı da elə burdaymış. Əsl azadlıq ruhun azadlığıdır və insanın içindədir, bizə düşünmək imkanı verən, daha böyük şəkli görməyimizə kömək edəndir. Azadlıq ehtiyacı da ruhun ehtiyacıdır. Ruhunu həbs edən bu qorxu hissini addım-addım içindən at və ruhunu azad et! Ruhunu azad et ki, insanımızı xilas edə biləsən. İnsanımızı xilas et ki, cəmiyyətimizi, dövlətimizi xilas edə biləsən. Dövlətimizi xilas et ki, övladlarımızı, gələcəyimizi xilas edə biləsən. Boğulan azadlıqlarımızı geri qaytaracaq azad ruhların qələbə çalması diləyi ilə. 

Shabnam Gurbanzade.

06 Dec 2021 в 23.37.01
46
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft