Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  March 2021  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Babəki tam ayrı prizmadan tanıdız və əsl Babək məhz bu idi, SSRİ-nin yaratdığı saxta - atəşpərəst və türk Babək yox!

1927-ci ildə Lerikin Veri kəndində, çoxlu yağan qardan sonda meydana gələn dağ sürüşməsi nəticəsində böyük bir qızıl xəzinəsi aşkarlanır. Araşdırılmalar nəticəsində məlum olur ki, sözü gedən xəzinə - Bizans inperatorunun ərəb sülaləsi olan və İslamdan öz şəxsi məqsədləri üçün istifadə edən Abbasilərə qarşı mübarizə aparmaqdan ötrü Babəkə göndərdiyi pullardır. O pulları tapan şəxslərin adları və şəkilləri çəkilərək sənədləşdirilib. Amma böyük bir xəaynətə yol verilməsi ilə...

Bu sənəd Sankt-Peterburqda arxivdə saxlanılır. Orda sözü gedən xəzinəni tapan iki nəfərin şəkli var. Şəkilin altında isə belə yazılıb: "Bizans inperatorunun Babəkə göndərdiyi qızıl sikkələri tapan Filankəsov Filankəs, Veri kəndi, Naxçıvan MSSR" !!! Bəli, bu şəxslərin məzarları belə hazırda Talış bölgəsində durduğu halda, onların xəzinəni tapdığı yer kimi Naxçıvan göstərilib ki, Babəki Talış xalqından alıb Naxçıvana verməklə türkləşdirsinlər, yəni o vaxtkı standartlara əsasən azərbaycanlılaşdırsınlar. Bu hadisəyə qədər Azərbaycanda və SSRİ-də Babək adlı tarixi şəxsiyyəti demək olar çox az adam tanıyırdı. Babəki türkləşdirmək, yəni "azərbaycanlılaşdırmaq" məqsədi ilə o vaxtki hakimiyyət "Naxçıvanda Bəzz qalası" nağılını uydurdu., Babək filmini çəkdi və s. Əgər onlar bunu etməsəydilər, xəzinəsi Talış bölgəsindən tapılan Babək tarixə talış qəhrəman kimi düşəcəkdi. Bu üzdən də tez tərpənib Talış zonasında xəzinəsi tapılan talış Babəki türk, yəni "azərbaycanlı" kimi SSRİ tarixinə saldılar. Halbuki, türklər bu ərazilərə Babəkdən 200-300 il sonra gəliblər.

Amma əsl ləqəbi Popok olan və ərəb dilində "P" hərfi olmadığından "P" əvəzinə "B" hərfinin işlədilməsi üzündən (ərəblər Portağala - Bortağal deyir) Babək kimi tələffüz edilən BABƏK milliyyətcə talış olub, mübarizə apardığı ərazilər də Talış zonası olub! Hazırda Lerikin Bızeyir və Lənkəranın Bəlləbur kəndlərində və İranın Talış zonasının Astara, Masal və digər Talış şəhərlərində Babəkin istehkam qalaları bu dəqiqə də durmaqdadır.

Bundan əlavə, Babək atəşpərəst deyil, qatı şiə olub və Əhli-Beyt (ə.s) nümayəndələrinə qarşı mübarizə aparan Abbasilər sülaləsinə qarşı vuruşub, İslama qarşı yox! Buna dair bir necə sadə sübutlar var:

1) Babəkin əsl adı Həsən olub. Əgər Babək atəşpərəst olsaydı, onun şiə atası ona şiə Həsən adını deyil, Ahuramazda filan kimi zəşrdüştlüyə aid olan ad qoyardı.

2) Babəkin bayrağı qırmızı idi. Həmən dövrdə öldürülən, amma qisası alınmayan şəxslərin məzarlarının üzərində qırmızı rəngli parçadan bayraqlar sancılardı. Kərbəlada İmam Hüseynin (ə.s) məqbərəsinin üzərində dalğalanan qırmızı bayrağın mənası da məhz budur. Yəni hələlik İamaməım (ə.s) qanı alınmayıb! Babək də İmam Hüseynin (ə.s) və Əhli-Beytin (ə.s) qisasını almaqdan ötrü qiyama qalxmış və İslamdan öz mənafeləri naminə istifadə edən Abbasilərə qarşı vuruşaraq bu missiyasını yerinə yetirirdi.

3) Hazırda İran və Azərbaycan ərazisində yaşayan seyyidlər, ilk dəfə məhz Babəkin vaxtında bu ərazilərə gəliblər. Abbasi xəlifələrinin təqibindən qurtarmağa çalışan seyidlər, Babək pənah gətirmişdilər. Əgər Babək atəşpərəst olub İslama qarşı vuruşsaydı, Əhli-Beyt (ə.s) nəslinin davamçıları olan seyidlər ona pənah gətirməzdi.

4) 12-ci İmam Sahib-əz-Zaman (ə.s) məhz Abbasi xəlifələrinin vaxtında qeybə çəkilib, bu isə o deməkdir ki, Abbasilərin Əhli-Beytə (ə.s) və onun davamçılarına qarşı mübarizəsi elə həddə çatıbmış ki, İmam Məhdi (əcc) qeybə çəkilmək məcburiyyətində qalıb. Babək də məhz belə şiə düşməni olan hakimiyyətə qarşı vuruşurdu, İslama qarşı yox.

Beləliklə siz, Babəki tam ayrı prizmadan tanıdız və əsl Babək məhz bu idi, SSRİ-nin yaratdığı saxta - atəşpərəst və türk Babək yox!

Şəkilin açıqlaması yoxdur.

 

11 Apr 2021 в 18.11.01
75
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft