Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  July 2021  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

BABİLƏR HƏRƏKATININ SÜQUTU

BABİLƏR HƏRƏKATININ SÜQUTU

9 iyul 1850 ci il, Babilər hərəkatının banisi və rəhbəri Mirzə Əli Məhəmmədin faciəli şəkildə ölüm günüdür.

Bab ərəb mənşəli sözdür, bir mənası da qapı deməkdir. Cəmi 30 il ömür sürmüş M. Ə. Məhəmməd, öz dövrünün ən mütərəqqi fikirli, dərin bilik və dünyagörüşə malik alimlərindən biri olub. Babilər hərəkatını yaratmaqda məqsədi, Xristian dininin əsasını təşkil edən sevgi və məhəbbəti, İslam dininin əsasını təşkil edən qardaşlıq, qarşılıqlı yardım və hörmətin vəhdətinə nail olmaq idi. Bəhayi dinini təbliğ edən Babilər, Xristian və Müsəlmanların Qardaşlığına inanır, onların eyni niyyət və məqsədin daşıyıcıları olduğunu deyirdilər. Çox qısa bir müddətdə, Babilər hərəkatının tərəfdarları artmağa başladı, bunların içində çoxlu sayda ziyalılar, din xadimləri, mütərəqqi fikirli insanlar vardı. Şübhəsiz ki, İranın mərkəzi hökümət dairələri bu vəziyyətə böyük təhlükə mənbəyi kimi baxır, göz yummaq istəmirdilər. Babiləri dəli adlandırır, cəmiyyət arasında məsxərəyə qoyurlar, mütərəqqi fikirlərinə görə, ağlını itirmiş kimi qələmə verirdilər. M.Ə. Məhəmmədi ən yaxın fəalları ilə əsir götürüb, 1850 ci ildə Təbrizə gətirirlər. İslam dininin əsaslarına ciddi zərbə ittihamı ilə ölüm cəzasına məhkum olunur. Bütün müsəlman cəlladları, Babın ölüm hökmünü icra etməkdən imtina edirlər. Hökümət erməni cəlladlara müraciət etmək məcburiyyətində qalır. Sam Xan adlı erməni, 750 nəfərlik ordusu ilə gəlir hökmün icrasına, amma şərt olaraq Babın özü ilə görüşmək istəyir. Görüş zamanı Babın iki böyük dini- Xristian və Müsəlman dinlərini birləşdirmək istəyi onu çox təəccübləndirir və ona hörmətlə yanaşır. Sam Xan da Müsəlman cəlladlar kimi, Uca Yaradandan qorxub, ölüm cəzasını icra etməkdən imtina edir. Lakin Babın öz təkidi ilə, razılaşır. Bab ona deyir :,,Əmrə tabe ol, əgər sənin niyyətin saf və qərəzsizdirsə , Uca Yaradan səni pis vəziyyətdə qoymaz ".

Şəhər meydanında, minlərlə insanın gözü qarşısında, Sam Xanın 750 nəfərlik ordusu, Babı və onu tək buraxmayıb, könüllü olaraq onunla ölüm şərbətini dadmaq istəyən ən sadiq tələbəsini güllələyir. Barıt tüstüsü çəkiləndən sonra, məlum olur ki, hər ikisinə bircə güllə də dəyməyib. Yalnız sonra Xristian cəlladlarının əli ilə, gizlində qətlə yetirilib, şəhər ətrafında bir yarağana atılır. İki gündən sonra, Rusiyanın İrandakı səfiri, gecə ilə, gizlində onun rəsmini çəkdirir və meyyitini gizlədirlər. 59 ildən sonra, 1909 cu ildə, indiki İsraildə, Karmel dağının yamacında, movzaleydə dəfn edilir.

Babilər 9 iyul günündə işləmir, M. Ə. Məhəmmədi xatırlayıb anırlar. Onun ölüm hökmünün icrası vaxtı baş verən hadisələr, böyük din xadimləri, elmi dairələrdə müzakirə mövzüsüdür. M. Ə. Məhəmmədin baxışlarına, nəzəriyyəsinə və fəaliyyətinə qiymət vermək, biz sadə insanların təfəkkürü xaricindədir. Bizə vəhdət uğrunda şəhidlərə rəhmət oxumaq qalır. Ən doğrusunu isə, Uca Allah bilir.

09 07 2021ci il ADİ.

 

29 Jul 2021 в 01.08.46
41
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft