Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  April 2022  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Bağırsaqları ən yaxşı təmizləyən 4 təbii vasitə

Bağırsaqları ən yaxşı təmizləyən 4 təbii vasitə

 

Bağırsaqların normal fəaliyyəti insan sağlamlığında çox böyük rol oynayır.

Bağırsaqlar pis işləyəndə ziyanlı maddələr vaxtında xaric olunmur və yenidən orqanizmə sovrularaq intoksikasiyaya (zəhərlənmə) səbəb olur. Belə xroniki intoksikasiya bütün orqanizmə ciddi ziyan vurur, orqanizmdə qocalma proseslərini sürətləndirir.

Bağırsaqları təbii şəkildə təmizləmək üçün bəzi təbii vasitələrdən istifadə etmək olar.

 

Saglamolun.az sizi bu təbii vasitələri ilə tanış edir.

- Alma sirkəsi

Alma sirkəsi bağırsaqlarda faydalı bakteriyaların sayını artırır, bağırsaqlara çox yaxşı antiseptik təsir edir. Qəbizlikdən əziyyət çəkirsinizsə müntəzəm olaraq təbii alma sirkəsi əlavə olunmuş su için.

- Su

Su bütün orqanizmi və o cümlədən bağırsaqları təbii olaraq təmizləyir. Bir çox hallarda məhz suyun az miqdarda qəbulu qəbizliyə səbəb olur.  

- Tərəvəz smuziləri

Tərəvəzlərdən hazırlanmış smuzilər qidalı liflərlə zəngindir. Bu liflər bağırsaqlara "süpürgə" kimi təsir edir. Tərəvəz şirələri ilə səhv salmayın. Belə şirələr qidalı liflədən məhrumdur.

- Buğda kəpəyi

Buğda kəpəyi bağırsaqlarda həzm olunmur, bağırsaqların fəaliyyətini gücləndirir, müxtəlif ziyanlı maddələri özünə hopduraraq çölə çıxardır. Kəpəyi yeməklər, sıyıqlara, salatlara, qatığa əlavə edə bilərsiniz. 

Saglamolun.Az

19 May 2022 в 14.22.32
19
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft