Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  April 2022  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Bakıda gecə klubundakı partlayışda ölənlərin sayı artdı - RƏSMİ

Bakıda gecə klubundakı partlayışda ölənlərin sayı artdı - RƏSMİ

 

Hazırda oxunan: Bakıda gecə klubundakı partlayışda ölənlərin sayı artdı - RƏSMİ

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan bir nəfər 1999-cu il təvəllüdlü Fərqanə Eynullayeva dünyasını dəyişib.

TƏBİB-dən Bizim.Media-ya verilən məlumata görə, o, 60-62 faiz və III dərəcəli yanıq xəsarəti ilə reanimasiyada olan kritik ağır xəstələrdən biri idi.

Sözügedən hadisədə ümumilikdə 37 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, 2 nəfər vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI:

Gecə klubundakı partlayışda yaralananların SON DURUMU


Hazırda tibb müəssisələrində ümumilikdə, 12 nəfər müalicə alır. Onlardan 9-u TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir.

Xatırladaq ki, TƏBİB-in tabeli müəssisələrdən vəziyyəti kritik ağır olan 2 nəfər özəl xəstəxanalardan birinə köçürülmüşdür.

Xəsarət alan şəxslərdən hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində reanimasiyada olan 4 nəfərdən 1-nin vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Ümumilikdə, stasionarda müalicə alanlardan ambulator müalicə üçün 9 nəfər evə göndərilib.

Bizim.Media

19 May 2022 в 16.15.05
34
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft