Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  October 2021  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Bakıda Meksika səfirinin fotosərgisi açılıb

Bakıda Meksika səfirinin fotosərgisi açılıb. 

 

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, fotoqraf Xuan Rodrigo Labardini Flores və gənc rəssam Arzu Əhmədlinin "İncəsənət sərhəd tanımır" adlı birgə yaradıcılıq sərgisi açılıb.

Muxbirimizin məlumatına görə, "Azərkitab" Kitab Mərkəzində baş tutan sərgidə İspaniya, Argentina, Venesuela səfirləri, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəsi, millət vəkilləri, ictimaiyyəti nümayəndələri iştirak edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva çıxışında xalqlar arasında mədəni əlaqələrin rolu haqqında danışıb. O, bildirib ki, belə tədbirlərin keçirilməsi mədəni əlaqələrin inkişafına müsbət təsir göstərir: "Biz bu əsərlərdə bütün Azərbaycana münasibətinizi, sevginizi görürük. Əgər siz Azərbaycanı belə gözəlliklərlə fotolara köçürmüsünüzsə, demək ki, Azərbaycan sizin qəlbinizə də belə köçüb. Biz bugünkü sərgini həm də sizin tərəfinizdən istedadlı bir qıza verilən dəstək kimi görürük. Doğurdan da sənət, mədəniyyət körpüləri çox güclüdür. Belə tədbirlərin keçirilməsi dövlətlərimiz arasında əlaqələri də gücləndirir."

Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Xuan Rodrigo Labardini Flores bildirib ki, o fotoşəkillərdə Azərbaycan və Meksika həyatının elementlərini təsvir edir: "İncəsənət sərhəd tanımır. Biz bir-birimizdən öyrənir, inkişaf edirik. Mən bir müddətdir ki, Azərbaycanda yaşayıram və ölkənizi seyr edirəm. Siz bu fotoşəkillərdə şəhərinizi, küçələrinizi görəcəksiniz. Ümid edirəm ki, bu sərginin davamı gələcək".

Qeyd edək ki, sərgidə Xuan Rodrigo Labardini Floresin Azərbaycan və Meksikanın görməli yerlərinin və memarlıq abidələrinin yer aldığı 20 fotosu, gənc rəssam Arzu Əhmədlinin isə 10 rəsm əsəri nümayiş olunub.

 

Mədəniyyət .

06 Dec 2021 в 23.10.19
47
Добавил ruslantalish7
Оценок нет
Теги: Mədəniyyət .
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft