Bilmirəm səbəbini , ancaq talış zonasında “od olmayan yerdə tüstü çıxarmaq istəyirlər” .
Bilmirəm qəsdənmi, ağılsızləqdanmı, ya da nəsə başqa bir səbəbdənmi talış bölgəsində od olmayan yerdən tüstü çıxarmaq istəyirlər. Fikir verirəm ki, ancaq bizim zonada olur bu.
Baxın bu Şəhidimiz Əliyev Romir Lənkəranın Aşağı Nüvədi kəndindən digər əlavə 20 könüllü kimi döyüşlərə qatılmışdır. Gedərkən də, döyüşərkən də heç kimdən maşın, ev, bank borcunun silinməsi kimi şeylər istəməyib. Atasına deyib şəhid olsam ardımca bir bayraq asarsınız divarımızdan. Bu kənd iki şəhid verdi vətən müharibəmizdə, biri də bu qardaş oldu. Məhəllə camaatı da öz arasında onun arzusunu reallaşdırmaq üçün əlindən gələni edərək belə bir guşə yaradıblar. Sadə bir plakatını vurublar.
Geçək əsas məsələyə. İcra nümayəndəsimi deyim, icra hakimiyyətimi deyim, bələdiyyəmi deyim və ya hər hansı başqa bir qurum olsun. Sizə bunun nə ziyanı var ki, kənd əhalisinin, şəhid ailəsinin gözünün yaşı qurumadan bunu sökdürürsüz? And olsun Allahıma məəttəl qalıram. Mən seçkilər vaxtı o icra nümayəndələri, bələdiyyə və digər nanəcib məmurların özbaşınalıqlarını və xalqın qanını necə içdiyini görmüşəm. Bunlar əvəzsiz qalmayacaq, biz unutqan deyilik, hər xırda hərəkətin böyük cəzası olacaq. Xalqına düşmən kəsilən zalımların sonu gələcəkdir.

Rəvan Başirov .
|