fd
CASP1.ORGFr, 25 Sep 2020, 23.56.35
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


15.12.23
Biz niyə Fransızlar kimi yaşamamallıyıq və millətlərimiz inkişaf etməməlidir

Biz niyə Fransızlar kimi yaşamamallıyıq və millətlərimiz inkişaf etməməlidir ?

Salam hörmətli oxucular, əziz Azərbaycanlılar.

 

Azərbaycan və inkişaf etmiş ölkələrin vəziyyəti haqqında yazmağı istədim.

Avropanın inkişaf etmiş Azərbaycandan böyük və kiçik olan ölkələrinə nəzər salaq:

 

İnkişaf etmək üçün imkanları bizim qədər olan və heç imkanı olmayan ölkələrin yüksək səviyyədə inkişaf etməsinə həsrət aparırıq. Xalqının gözəl və normal yaşadıqları görəndə isə çox heyfsilənirik ki, niyə bizim Azərbaycanımız belə inkişaf etməməli, xalqımız nəyə görə dərd içində yaşayaraq əziyyət çəkməlidir?!

Axı bizim vətənimizin sərvəti və imkanları balaca ölkəmizin hər bucağını cənnətə çevirib, hər bir vətəndaşının xoşbəxt yaşamağı üçün bəs edəcək qədərdir.!

Niyə bu ölkəyə məxsus olan sərvətlərimiz xalqa yox dövlətin sərvətidir deyərək dövlətin məmurları tərəfindən şəxsi mənafeyinə dədə malı kimi dağıdılmadır. Bəs millət, ölkə necə olacaq, niyə bunları düşünən yoxdur?!

Avropada qabaqcıl ölkələrə nəzər salsaq görürsən ki, inkişaf edən ölkələrdə çoxunda eyni sistemdir. Əyalətlər (Muxtariyyət) və Özünü idarə sistemi.

Fransa respublikasına nəzər yetirək. Avropanın ən böyük ölkəsidir. Tarixi qədim, çox millətli, dini inancları fərqli olan amma heç nəyə fərq qoyulmadan insanların birgə mehriban yaşadığı ölkədir.

Nəzər salsaq heç bir ayrı seçkilik yoxdur.

İşsizlik səviyyəsində problem yoxdur.

 

Fransa ümumilikdə 26 inzibati bölgəyə bölünüb. Bunlardan 22-si paytaxt Fransa kimi tanınan Fransanın Avropa ərazisində yerləşir. Materik xaricində, 22-dən yalnız bölgə Korsika adadır. Qalan 4 bölgə xarici ölkələrin Fransa ərazisindədir. Fransadakı bu bölgələrin hamısı əyalətlərə bölünmüşdür. Bu vilayətlər ümumiyyətlə əlifba sırası ilə nömrələnir. Bu nömrələr poçt kodları və nömrəli nömrələrdən istifadə olunur. Fransanın ən kiçik inzibati vahidi seçilmiş prezidentlər tərəfindən idarə olunan və kənd adlandırıla bilən cəmiyyətlərdir. Kommunalar iyerarxiyada kantonları izləyirlər. Fransadakı kommunaların sayı 36 680-dir.

Bu bölgələr, vilayətlər və icmaların hər biri yerli məclislərə malikdir və bir idarəçi tərəfindən idarə olunur.

Bu bölgələrin demək olar hərənin öz qanun və qaydaları da var. Amma ümumilikdə hamısı Fransa qanunlarına və mərkəzi Paytaxta tabedir. Bu ayrı olmaq heçdə Fransanı parçalamaq deyil,  göründüyü kimi Fransanın daha güclü və rəqabətlə gözəl yaşamasını, daha yaxşı nəzarət altında qalmasına səbəb olur.

Bu sistemin Azərbaycanda qurulmasını Talışlar çoxdandır istəyir və mübarizə aparır. Heyf ki, bunu başa düşməyən və ya başa düşüb indiki vəziyyətin dəyişilməməsini istəməyənlər buna don geyindirərək, bu istəyi xəyanət, bölücülük, separatçılıq adlandırırlar. Burada özünə müxalifətçi dəyənlərdə hakimiyyətin Talışlara dediylərini Talışlara deyir.

Talışların nəsə istəməsi bölücülük olur , başqaları nəsə istəyəndə isə heç bir problem yoxdur deyilir. Buda düzgün mübarizə və demokratiya deyil!

Bu istəyi bölücülük və xəyanət deyil. Bunuda bilin ki, Talış xalqı heç vaxt vətəninə xəyanət etməyib heç zamanda etməz. Həmişə vətən üçün, Azərbaycanın bütövlüyü üçün vuruşub, və bellədə davam edir. Nəticə isə, cavab olaraq kreslo davası edənlər tərəfindən həmişə aldanıb xəyanətlərə məruz qalaraq separatçılıq adı alırlar.

Muxtariyyət istəmək bölücülük deyil əziz xalqım. Talışların bölgə üçün Muxtariyyət istəməsi bax bu əyalətlərlə yaşatmaq sistemin qurulmasını istəməkdir. Xalqlara qarşı, dini inanclara qarşı, insanlara qarşı heç bir fərq qoymadan Azərbaycanın bütövlüyü üçün inkişaf edərək gözəl yaşamağı istəyidir.

Öz xalqını, dilini, tarixini, ən-ənələrini yaşatmaqla bərabər Azərbaycanı bir bölgəsini gözəlləşdirib qorumaq, yaşatmaq, dövləti dahada güclü etməkdir. Bununla bərabər başqa bölgələr də, geri qalmamaq üçün rəqabət prinsipi ilə inkişaf edəcək. Beləliklə hər bölgə öz təbiyyətinə və imkanlarına uyğun istehsalını hazırlayıb ölkə daxilinə və xaricə çıxara bilər. Beləliklə özünü inkişaf etdirib yaşadacaq.

Azərbaycanda bu sistemin qurulması ölkəmizi daha gözəl edərdi, nə ki indiki bu dağıdıcı sistemin olması.

Azərbaycanın olan sərvətləri, imkanları bəs edər ki, Azərbaycan Respublikasının hər tərəfi gözəlləşsin və əhalisi gözəl günlər görsün.

Fransa kənd təsərrüfatı məhsullarının bolluğu və çeşidliliyi ilə Avropa İqtisadi Birliyində birinci yerdədir, süd məhsulları baxımından dünyada dördüncüdür.

Azərbaycana Allah bütün nemət və sərvətləri verib. Ən böyük gəlir olan Nefti verib. Amma iş tək nefti olmaq demək deyil. Neft varsa daha da yaxşı. Bəs niyə başqa gəlir və inkişaf yerlərimizi dağıtmalıyıq. SSR vaxtında bizim ölkə SSR-ni hərnə ilə təmin edirdi, Neft, meyvə, tərəvəz, balıq, tütün, maldarlıq istehsalı və s. Bunları yenə inkişaf etdirmək vacibdir.

Ardı olacaq:

Hörmətlə Zamin Hüseynov

Category: SİYASƏT . | Views: 139 | Added by: ruslantalish7 | Tags: Zamin Hüseynov | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020