Bu gün Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurovun doğum günüdür
Bu gün Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Pəncəli Teymurovun doğum günüdür.
1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub.
Pəncəli Teymurovun ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. O, öz toyunda çıxış edərək “Mən hər zaman xalqım üçün , vətənim üçün canımdan , qanımdan keçməyə hazıram. Mən həmişə özümə arzu eləmişəm ki , vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin“ demişdi.
Ruhu şad olsun!
Комментариев нет