Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 2
Guests: 2
Users: 0

Bu gün Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə Xan Şuşinskinin 120 illiyinə həsr olunmuş “Havalansın Xanın səsi” adlı Milli Musiqi Axşa

Bu gün Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə Xan Şuşinskinin 120 illiyinə həsr olunmuş “Havalansın Xanın səsi” adlı Milli Musiqi Axşamı keçirilib.

Müxbirimizin məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xan Şuşinskinin Azərbaycan mədəniyyətində tutduğu yerdən söz açıb.
O bildirib ki, Azərbaycan mədəniyyətində Xan Şuşinskinin müstəsna xidmətləri olub:
"Biz bu gün Xan Şuşinskinin 120 illiyini qeyd edirik. Bu toplantıya gələndə düşündüm ki, Xan Şuşinskinin adında belə rəmzi məna var. Təbii ki, hamımız ona niyə belə müraciət edildiyini bilirik.

Onun ifasında məşhur "Şuşanın dağları" mahnısı da bir başqa cür səslənirdi. Mən hesab edirəm ki, Şuşa bu gün həqiqətən gülür. Xan Şuşinskinin 120 illiyi və qələbəmizin bir illiyinin kəsişməsində sanki bir qanunauyğunluq var. Doğrudan da bizim qələbəmiz böyük mədəniyyətimizin nəticəsidir. Otuz ildir ki, bizi döyüşə hazırlayan mədəniyyət olub. Belə zəngin, qədim mədəniyyəti olan xalqın ola bilməz ki, torpaqları işğal altında olsun. Yəqin ki, bu fikir bütün azərbaycanlıların qəlbində olub.

Bədii hissədə ifaçılar Xan Şuşinskinin repertuarından mahnılar ifa ediblər.
Qeyd edək ki, “Havalansın Xanın səsi” adlı Milli Musiqi Axşamı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-10 noyabr tarixində şanlı Qələbəmizin birinci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdən biridir

Yusif  R.

06 Dec 2021 в 23.18.20
36
Добавил ruslantalish7
Оценок нет
Теги: Yusif R.
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft