Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  March 2022  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Bu gün Lənkəranın Şağlaser kəndində tanınmış qəzəlxan Xilqet Talibovun həm yubileyini həm də yeni nəşr olummuş kitabının təqdimatını keçirdi

Bu gün Lənkəranın Şağlaser kəndində tanınmış qəzəlxan Xilqet Talibovun həm yubileyini həm də yeni nəşr olummuş kitabının təqdimatını keçirdik.

Bu tədbirin keçirilməsinə görə əziyyət çəkən insanlara, hər birinə ayrı-ayrılıqda minnətdarlığımı bildirirəm.

Tədbirə icazə verən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova, Lənkəran Rayon Polis İdarəsinin rəisi polkovnik Azər Cahangirova çox sağ ol deyirik.

Tədbirdə ən çox əziyyəti olan insan, Xilqətin müəllimi olmuş Oktay Askerov müəllimə xüsusi minnətdarlıq düşür.

Şağlaserdə gözəl restoranını bizim ixtiyarımıza verən, təmənnasız 100 nəfərlik stol açan Vusal qardaşımıza minnətdarlığımı bildirirəm.

Kitabların nəşrində maddi dəstək olan Ali Aghayev qardaşımıza xüsusi təşəkkür edirəm.

Öz dəyərli vaxtını sərf edib məclisə gələn bütün şairlər, və şer sevərlərə də xüsusi təşəkkür edirəm.

Və bütün xalqdan xaiş edirəm bu kitabları əldə etsinlər.

Bu gün ki məclis Xilqətin boynuna böyük bir məsuliyyət qoyur. Bir ildən sonra təzə kitabı hazırlamaq ondan, kitabı satıb pula çevirmək bizdən.

Bir ay əvvəl Şağlaser camaatından giley-güzar dolu bir status yazmışdım, bu gün tədbirdən sonra sözümü geri götürürəm. Kəndin sözə, musiqiyə, sənətə qiymət verən insanlarının qarşısında baş əyirəm.

Bu gün keçirilən tədbir göstərdi ki şairlərə həm rəhbərlər, həm iş adamları həm də sadə vətəndaşlar dəstək olmalıdır.

Əvəzində şairlər xalq üçün, vətən üçün, millət üçün yazıb yaratmalıdırlar.

Rizvan Sixizade

19 May 2022 в 16.14.32
54
Добавил ruslantalish7
Оценок нет
Теги: Rizvan Sixizade
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft