Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  January 2022  »
SuMoTuWeThFrSa
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi” xatirə döş nişanının təqdim

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyinin təsis etdiyi “Nizami Gəncəvi” xatirə döş nişanının təqdimatı keçirilib.

Kanalımızın məlumatına görə tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib ki, il boyu Nizami Gəncəviyə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

Onun sözlərinə görə, tədbirlərin keçirilməsində əsas məqsəd Nizami Gəncəvi irsini bütün dünyaya nümayiş etdirərək Azərbaycan mədəniyyətinin böyüklüyünü göstərmək olub: “Biz Nizami Gəncəvi ilinin son günlərini yaşayırıq. Mədəniyyət Nazirliyi olaraq bu il bir sıra mühüm tədbirlərin keçirilməsinə nail olmuşuq. Bu tədbirlər çərçivəsində xaricdə Nizami Gəncəvinin heykəli ucaldılıb, Nizaminin əsərləri üzərində qurulmuş tamaşalar səhnələşdirilib, son olaraq Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilib”.

Nazir müavini onu da vurğulayıb ki, Nizami Gəncəvi öz müdrikliyi ilə millətlər arasında körpü rolunu oynayır: "Nizaminin əsərlərinə baxsaq, müasir Azərbaycan dəyərlərini orada görə bilərik. Xüsusilə də vurğulamaq istərdim ki, Azərbaycanda multikulturalizmin formalaşmasında Nizami irsinin mühüm rolu var.”

Sonra “Nizami Gəncəvi İli”ndə öz yaradıcılığı ilə fərqlənən incəsənət nümayəndələrinə xatirə nişanları təqdim edilib.

Təltif olunanlar siyahısında Xalq artistləri Nurəddin Mehdixanlı, Yalçın Adıgözəlov, Fuad Osmanov, Samir Cəfərov və digərləri yer alıb.

22 Jan 2022 в 09.25.08
40
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft