Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Bu gün Milli Kitabxanada Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalının təltifetmə mərasimi keçirilib

Bu gün Milli Kitabxanada Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalının təltifetmə mərasimi keçirilib.

Xalq yazıçısı Çingiz Abdullayev bu ili “Nizami Gəncəvi İli” elan etdiyi üçün prezidentə təşəkkürünü bildirib: “Bu gün prezidentimizin doğum günüdür. O, özünə ən böyük hədiyyəni özü edib, həm özünə, həm də Azərbaycan xalqına. Bu hədiyyə Zəfərdir”.

Ç.Abdullayev deyib ki, biz hamımız fəxr edirik ki, Nizami Gəncəvi kimi şairimiz olub: “Şairlər ölməzdir, yazıçılar və şairlər xalqın əbədiyyatda vəkilidir. Onları min il sonra da oxuyanda çox şey öyrənmək olar".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı çıxışında Nizami Gəncəvinin yaradıcılığı haqqında danışıb. O bildirib ki, Nizaminin öyrənilməsində əlyazmalarının böyük əhəmiyyəti var: "Hindistan Nizami Gəncəvinin əlyazmalarını saxlayan ən böyük ölkədir. Buna görə Mədəniyyət Nazirliyi bununla maraqlanmalıdır. Azərbaycan dövləti Hindistan muzeyləri, kitabxanaları ilə əlaqə qurmalıdır".

Millət vəkili bildirib ki, ədəbiyyata xüsusi diqqət edilməlidir: "Mən demirəm ki, bütün şairlərimizin ev muzeyi olsun. Biz mədəniyyətin xalqın taleyində nə qədər mühüm rol oynadığını nəzərə almalıyıq. Mən hesab edirəm ki, Mədəniyyət Nazirliyi tez-tez yazıçılarla, incəsənət nümayəndələri ilə görüşlər keçirməlidir".
Sonra Elnur Əliyev Nizami Gəncəvinin 880 illiyi münasibətilə xatirə döş nişanlarını sahiblərinə təqdim edib.

Təltif olunanlar siyahısında xalq yazıçıları Anar Rzayev, Çingiz Abdullayev, xalq şairləri Vahid Əziz, Sabir Rüstəmxanlı, Rəşad Məcid, Səlim Babullaoğlu, İlqar Fəhmi və digərləri yer alıb.

22 Jan 2022 в 08.41.02
36
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft