Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  September 2021  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Bu il 619 lənkəranlı məzun tələbə adını qazanıb

Bu il 619 lənkəranlı məzun tələbə adını qazanıb

 

Dinamik inkişafı ilə qloballaşan dünyada təhsil ölkələrin gələcək inkişafının və beynəlxalq rəqabətliliyinin təmin olunmasında aparıcı faktora çevrilib. Dünyanın inkişaf etməkdə olan ölkələrindən biri kimi, Azərbaycanda da təhsil sahəsinə göstərilən diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva söyləyib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nında qarşıya qoyulan tələblərə uyğun olaraq ölkəmizin təhsil sistemində uğurlu islahatların həyata keçirildiyini vurğulayan Ü.Əliyeva, postmüharibə dövrünə qədəm qoyan Azərbaycanın bütün şəhər və rayonlarında, ucqar kəndlərində yeni məktəb binalarının tikintisinin və əsaslı təmirinin uğurla davam etdirilməsini təhsil sahəsinə dövlət qayğısının bariz nümunəsi olduğunu diqqətə çatdırıb.

Təhsil sahəsində aparılan islahatların, qabaqcıl texnologiyaların tətbiqinin Azərbaycan təhsilini yeni səviyyəyə qaldırdığını qeyd edən Təhsil Şöbəsinin müdiri, ölkəmizin bütün bölgələrində olduğu kimi, Lənkəran rayonunda da məktəb infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində işlərin davam etdirildiyini söyləyib: “2003-2021-ci illərdə Lənkəran rayonunda 52 ümumtəhsil müəssisənin binası yenidən tikilib və ya əsaslı təmir edilib. 2021-2022-ci tədris ilində daha iki məktəbin - Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli tam orta və Zövlə kənd tam orta məktəbinin binası əsaslı təmir edilərək istifadəyə verilmək ərəfəsindədir”.

Lənkəranda təhsilə dövlət səviyyəsində diqqət və qayğının ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu zamanı da səmərəli nəticələr verdiyini bildirən Ü.Əliyeva, 2020-2021-ci tədris ilində tam orta təhsil səviyyəsi üzrə 1717 məzunun orta məktəbi bitirdiyini, 1 məzunun tam orta təhsili qızıl medalla, 21 nəfərin isə fərqlənmə attestatı ilə başa vurduğunu, ümumi orta təhsil səviyyəsi üzrə isə 36 nəfər şagirdin məktəbi fərqlənmə attestatı ilə bitirdiyini vurğulayıb: “Bu il 619 məzun tələbə adına layiq görülüb. Onlardan 26 nəfəri 600-dən, 111 nəfəri isə 500-dən yuxarı bal toplayıb. Rayon üzrə ən yüksək bal toplayan şəhər 5 nömrəli tam orta məktəbin məzunu Əliyev Mirmahmud İsmayıl oğlu olub. O, ali məktəblərə qəbul imtahanı zamanı 676 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Şəhər 6 nömrəli məktəb-liseyin məzunu İsmayılzadə Xatun Raid qızı ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medala layiq görülüb. O, 658,9 balla Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub”.

Ü.Əliyeva bildirib ki, 2020-2021-ci tədris ilində Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin XI sinfini 40 məzun bitirib və bu məzunların hamısı ali məktəbə daxil olub. “Ümid edirik ki, yeni tədris ilində də rayonumuzun ümumtəhsil məktəblərinin pedaqoji kollektivləri onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc nəslə daha yüksəkkeyfiyyətli təhsil verməyə çalışacaq, Vətənimizin, təhsilimizin inkişafı naminə səylərini əsirgəməyəcəklər”, - deyə o əlavə edib. (azertag.az)

http://www.caspi1.org/

28 Oct 2021 в 22.39.36
59
Добавил ruslantalish7
Оценок нет
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft