fd
CASP1.ORGSu, 27 Sep 2020, 02.34.10
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.48.37
BÜZEYİR QALASI

BÜZEYİR QALASI

 

Sukurzade Ildirim adlı şəxsin şəkli.
Büzeyir Lerik rayonunun yaşayış məntəqələrindən biri olub, rayonun Zuvand bölgəsində yerləşir. Yerli sakinlər kəndi talış dilində Bızəy adlandırır. Qədim tarixə malik olan Büzeyir ölkəmizin ilk insan məskənlərindən sayılır. 1985-ci ildə arxeoloq Əsədulla Cəfərov Büzeyir mağarasını aşkarlayandan sonra məlum olmuşdur ki, Büzeyir ərazisində hələ Paleolit (Qədim Daş) dövründə qədim insanlar yaşamışdır. Əgər Talış bölgəsində ilk insanların 10-15 min il əvvəl yaşadıqları söylənilirdisə, Büzeyir mağarası tədqiq olunduqdan sonra məlum olmuşdur ki, bölgədə ilk insanlar 10-15 min il bundan əvvəl yox, 120 min il bundan əvvəl yaşamışlar.
Büzeyir kəndində mağara (Qədim Daş dövrü), qala, qədim qəbiristanlıq (İlk Dəmir dövrü, e.ə. XI-VIII əsrlər) və XIV-XVI əsrlərə aid yaşayış yeri kimi tarixi-arxeoloji abidələr vardır. Həmin abidələrdən biri də Büzeyir qalasıdır.
B Ü Z E Y İ R Q A L A S I Büzeyir kəndindən 3-4 km şimalda, Lüləkəran (Lüəkon) kəndinin üstündə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, "Qələhal" (talış dilində sıldırımda olan qala) adlanan sıldırımlı zirvədə yerləşir.
Qaladan Lerik, Lənkəran rayonu, Muğan düzü, Xəzər dənizi və Qızyurdu görünür. Vaxtilə qala müdafiə divarları ilə əhatə olunmuşdur. Ancaq indi qala divarlarının izləri qalmaqdadır. Formasına görə qala sadə planda tikilmişdir. Qalada daşdan yonulmuş su hovuzu diqqəti cəlb edir. Qalaya qalxmaq olduqca çətindir (Samir Kərimov. Lerik rayonunun arxeoloji abidələri. B., 2006, səh. 86).
Yerli əhali qalanı Bəzzəy, Bızəy və Div qalası adlandırır.
Büzeyir qalası arxeoloji və ya memarlıq abidəsi kimi qeydə alınmamışdır. Qala Azərbaycan Respublikasının Orta və Son Orta əsrlər arxeoloji abidələri xəritəsinə daxil edilmişdir.

İldırım ŞÜKÜRZADƏ
Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi

Category: TARİX . | Views: 92 | Added by: ruslantalish7 | Tags: İldırım ŞÜKÜRZADƏ | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020