Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

"Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunaraq dövlətə təhvil verilib.

"Cənubi Qafqaz boru kəmərinin inşası zamanı təkcə Azərbaycan ərazisində 23 min tarixi tapıntı aşkar olunaraq dövlətə təhvil verilib. “Şahdəniz-2” layihəsi çərçivəsində isə 11 min təsadüfü arxeoloji tapıntı aşkarlanıb."

Kanalımızın məlumatına görə, bunu "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O bildirib ki, BP inşaat işlərini aparan zaman beynəlxalq standartlara əməl edir: "Beynəlxalq layihələrin həyata keçirilməsində müəyyən standartlar var ki, onlara mütləq riayət edilməlidir. Bu standartlardan biri də mədəni və təsadüfü arxeoloji tapıntıların qorunması ilə bağlıdır. Biz Azərbaycandakı 30 illik fəaliyyətimiz dövründə təkcə dənizdə yox, quruda da bir sıra fəaliyyətlərimiz olub”.

B.Aslanbəylinin sözlərinə görə, ölkə ərazinin tapıntılarla zəngin olmasını nəzərə alaraq tikinti işləri zamanı xüsusi prosedurlar aparılır: “Məsələn, sizə bir nümunə deyim, biz inşaat apardığımız zaman hər hansı tapıntı aşkarlanarsa, işlər dayandırılır, 7 gün ərzində Mədəniyyət Nazirliyinə məlumat verilir. Daha sonra nazirlikdən verilən cavaba əsasən işlər davam etdirilir".

Tarıx.

22 Jan 2022 в 09.24.39
59
Добавил ruslantalish7
Оценок нет
Теги: Tarıx.
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft