Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  March 2022  »
SuMoTuWeThFrSa
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

ÇAYRUDDAN QOPAN YARPAQ : ALİM ÖLDÜ, ALƏM ÖLDÜ

ÇAYRUDDAN QOPAN YARPAQ.

ALİM ÖLDÜ, ALƏM ÖLDÜ. 1400 il əvvəl alimlər haqqında deyilən bu kəlam zaman-zaman öz həqiqi isbatını tapır.

Azərbaycan elminə ağır itki üz verib. AMEA Genetik Ehtiyatlar İnstitutunda 55 il əmək fəaliyyətində olan Eldar Balağa oğlu Rəfiyev 83 yaşında dünyasını dəyişdi.

1967-ci ildən elmlə məşğul olan Eldar Rəfiyev 50-dən artıq elmi əsərin, 30-dan çox xarici ölkələrdə müxtəlif elmi jurnallarda nəşr olunan elmi məqalələrin müəllifidir..

1939-cu il aprel ayının 20-də Lerik rayonunun Çayrud kəndində anadan Eldar Rəfiyev 1947-57-ci illərdə Çayrud kənd orta məktəbində təhsil alıb.

1957-ci ildə Çayrud kənd orta məktəbini Lerik rayonunda ilk dəfə “Gümüş medal”la bitirən məzundur.

Eldar Rəfiyev 1957-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) kimya-biologiya fakültəsinə daxil olmuş, 1962-ci ildə institutu fərqlənmə diplomu ilə bitirib. Ali təhsilini başa vurduqdan sonra Çayrud kəndinə qayıdan Eldar Rəfiyev Çayrud kənd məktəbində müəllim kimi əmək fəaliyyətinə başlayır.

Elmi axtarışlara marağı olan E.Rəfiyev 1963-cü ilin noyabr ayında Azərbaycan Respublikası Genetika və Seleksiya İnstitutunda bioloji kimya ixtisası üzrə aspiranturaya daxil olur. Azərbaycan Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru mərhum A.X. Tağızadə ona elmi rəhbər təyin edilir.

Eldar Rəfiyev 1966-cı ilin noyabr ayında aspiranturanı bitirib “Qarabağ düzənliyi şəraitində bəzi paxlalı yem bitkilərinin kimyəvi tərkibinə mikro-elementlərin təsiri” mövzusunda namizədlik dissertasiyasını

Azərbaycan Dövlət Universitetinin müdafiə şurasına təqdim edir. Dissertasiya işinə Moskvadan akademik H.B. Peyve, professorlar Y.B.Filippoviç, B.P.Pleşnov, Leninqraddan professorlar M.J.Şokolnik, B.M.Bojenko, A.İ.İvanov, Ukraynadan akademik P.A.Vlasyuk, Kişiniyovdan professor Lısikov müsbət rəylər göndərirlər və o, 1968-ci ilin mart ayının 20-də müvəffəqiyyətlə müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini alır.

E. Rəfiyev 1967-ci ildən Azərbaycan EA Genetika və Seleksiya İnstitutunda elmlə məşğul oldu..

Eldar Rəfiyev İ. D. Mustafayevin rəhbərliyi ilə yeni “xırda lobya” sortunun yaradılmasında iştirak etmişdir.

İnstitutun ictimai işlərində fəal iştirak edən alim institutun əmək kollektivi şurasının sədridir. Onun əməyi Akademiyanın Rəyasət Heyəti tərəfindən “Tərifnamə”, habelə SSRİ Elmi-Texniki Cəmiyyətinin “Fəxri fərmanı” və bir çox medallarla mükafatlandırılmışdır.

Eldar Rəfiyev görkəmli alim olduğu kimi, geniş qəlbli insan, yüksək intellektə malik yetgin şəxsiyyət, böyük vətənpərvər və təmizqəlbli insan idi. Uşaqlıqdan onu əmi kimi tanısam da, ağlım kəsəndən, Bakıya gələndən sonra onun böyük insan, böyük alim olduğunu gördüm.

Eldar Rəfiyev həm də ictimaiyyətçi, kəndinə, elinə-obasına bağlı adam idi.

Doğma Çayrud kəndində də, ictimai işlərdən qürurlanan ziyalı idi. Uşaqla-uşaq, böyüklə-böyük kimi rəftar edirdi.

O, 30 il Çayrud Xeyriyyə Cəmiyyətinin idarə heyətinin üzvü, cəmiyyətin bütün xeyriyyə tədbirlərində öndə gedən ziyalı idi.

O, özündən sonra yüzlərlə gənci həvəsləndirərək elmə yönləndirən alim idi.

Özündə sonra şagird, tələbə və övladları onun yolunu davam etdirirlər.

Allah ona rəhmət etsin!

Hörmətlə, Akif Dənzizadə.

Bir 1 nəfər şəkili ola bilər

 

19 May 2022 в 16.04.16
49
Добавил ruslantalish7
Оценок нет
Теги: CASPİ1.ORG
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft