Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  October 2021  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Çin filmi bu il ən çox gəlir gətirən ekran işi olub

Çin filmi bu il ən çox gəlir gətirən ekran işi olub. 

Çinin "Çangjin gölü yaxınlığına döyüş" müharibə dramı bu il dünyanın ən çox gəlir gətirən filmi olub.

Müxbirlərimiz “RİA Novosti”yə istinadən xəbər verir ki, sentyabrın sonunda ekranlara çıxan film 828,1 milyon dollar qazanıb.

Filmin gəlirlərinin çox hissəsi əsasən, Çində nümayişindən əldə olunub.

Çen Kayke, Tsui Xark və Dante Lam tərəfindən yaradılan film, 1950-ci ildə Koreya müharibəsi zamanı baş verən bir döyüşdən bəhs edir.

"Çangjin gölü yaxınlığına döyüş" filminin yeganə rəqibi isə yenə də Çində istehsal edilmiş “Salam, ana” komediyası olub. Fevralda premyerası keçirilən film 821 milyon dollar qazanıb.

Pandemiya başlayandan bu yana ən gəlirli Amerika filmi isə “Forsaj 9” olub. Martda ekranlara çıxan döyüş filmi ABŞ və dünyada 716 milyon dollar qazanc əldə edib.

Mədəniyyət .

07 Dec 2021 в 00.30.07
44
Добавил ruslantalish7
Оценок нет
Теги: Mədəniyyət .
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft