DARIXDIRIR
DARIXDIRIR
Dayanmışam yuxarıda,
Fələk məni darıxdırır.
Dünya məndən aşağıda,
Mələk məni darıxdırır.
Könlümüğ təklik dindirib,
Qədər atını mindib,
Xudam beşiyi endirib,
Bələk məni darıxdırır.
Sözüm haqqın dilindədir,
Səsim göylər elindədir,
Bilməm kimin əlindədir,
Ələk məni darıxdırır.
Allah gedibdir yanımdan,
Qürub qan aldı qanımdan,
Bu ruhumu bu canımdan,
Silək məni darıxdırır!
XANLAR HƏMİD 24. 01. 2022
Комментариев нет