fd
CASP1.ORGWe, 15 Jul 2020, 20.15.41
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [9]MƏDƏNİYYƏT . [8]
SİYASƏT . [36]SOSİAL . [4]
TOLOŞON SƏDO . [1]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [7]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


12.20.51
DİN: Yasamalda 11 nəfər saxlanılıb

DİN: Yasamalda 11 nəfər saxlanılıb


Əməliyyat

Daxili İşlər Nazirliyi (DİN) Yasamal rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb.

Açıqlamaya görə, dünən – iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. DİN-in qeyd etməsinə görə, o zaman həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

Rəsmi açıqlamaya görə, buna baxmayaraq, polis əməkdaşları təmkin nümayiş etdirib və karantin rejimini pozan həmin şəxs barəsində inzibati tədbir görüb.

"Aparılan araşdırmalarla asayiş keşikçilərinin üstünə müxtəlif əşyalar atan 11 nəfərin də şəxsiyyəti müəyyən edilib və onlar saxlanılaraq müvafiq araşdırmalar aparılması üçün ərazi polis orqanına gətiriliblər. Hazırda onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün zəruri araşdırmalar davam etdirilir", - məlumatda yazılıb.

Bu məlumata, hələlik, saxlanan şəxslər və ya onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

 

Polis Yasamalda əməliyyat keçirib

Bu gün, iyunun 8-i səhər saatlarında çoxsaylı polis qüvvələri Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada əməliyyat keçirib. Binanın sakinlərindən saxlananlar var.

Bina sakinlərindən birinin AzadlıqRadiosuna bildirməsinə görə, əməliyyat səhər saat 6 radələrində başlayıb, bir xeyli sakinin saxlanması ilə müşahidə edilib. Həmin şəxsin vurğulamasına görə, saxlananlardan biri yarıçılpaq vəziyyətdə olub.

Adının çəkilməsini istəməyən sakin əlavə edib ki, iyunun 7-si binadan bəzi şəxslər həftəsonu sərt karantin qaydalarını pozaraq küçəyə çıxıblar və bu hal polisin müdaxiləsi ilə nəticələnib. Onun sözlərinə görə, küçəyə çıxmaq yasağını pozan sakinlərin saxlanması zamanı binanın balkonlarından birindən polisə əşyalar atılıb.


"Konkret olaraq nə qədər sakinin saxlandığını bilmirik. Amma binanın girişində çoxsaylı polis qüvvələri və maşınlar cəmlənmişdi. Həmin şəxslərin hara aparılmaları barədə də məlumata malik deyilik", - sakin vurğulayıb.

Həmin şəxsin bildirməsinə görə, sözügedən bina ilə üzbəüz binalardan birinin də bir sakini saxlanıb.

"Turan" informasiya agentliyi olayla bağlı Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ehsan Zahidovla əlaqə saxlayıb. O qeyd edib ki, DİN yaxın saatlarda bu hadisə ilə bağlı açıqlama yayacaq.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. İyunun 6-sı saat 00-dan iyunun 8-i saat 6:00-a qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilmişdi.

B.Hacıyev

B.Hacıyev

 

"Bu vəziyyətin sakitləşməsinin tək yolu..."

İctimai fəal Bəxtiyar Hacıyev AzadlıqRadiosuna deyib ki, bu hadisədə vətəndaş-dövlət inamsızlığı, tərəflər arasında gərginlik özünü göstərir. Onun fikrincə, bu gərginliyi aradan qaldırmağın yolu polisi vətəndaşların evlərinə göndərib, onları evlərindən zorla çıxarıb aparmaq olmamalıdır: "Yeni Daxili İşlər naziri son zamanlar polisin müsbət imici üçün layihələr icra edirdi, belə hallar isə həmin layihələrdən gözlənilən müsbət nəticəyə əsas vermir".

B.Hacıyev sonra da deyib: "Son günlər bu tip bəzi videolar yayılıb ki, polisin vətəndaşla adekvat davranmamasını göstərir. Nəticə də ona gətirib çıxarır ki, vətəndaş polisə qarşı inamsız olur. Polisə qarşı uyğun olmayan, qeyri-etik davranışa əl atır. Bu vəziyyətin sakitləşməsinin tək yolu polisin sərt gücdən yox, yumşaq gücdən istifadə etməsidir. Polis sərt gücə əl atdıqca, vəziyyət daha da pisləşəcək".

B.Hacıyevin vurğulamasına görə, polis qanun çərçivəsində addımlar atmalıdır: "Vətəndaş polisi söyürsə, bu heç də o demək deyil ki, polis də onu söyməli, təhqir etməlidir: Belə olduqda bu, artıq dövlət anlayışından çıxır, məhəlləarası iki gəncin hesablaşmasına bənzəyir. Bu gün gördüyümüz mənzərə sanki qisas əməliyyatı idi, vətəndaşları qorxutmaq, onları sındırmaq üçün atılmış addım idi. Halbuki, dövlətin bütün addımları yalnız qanun çərçivəsində olmalıdır".

F.Ağamalı

F.Ağamalı

 

"Artıq qanunun sərt üzü tətbiq edilməlidir"

Deputat Fəzail Ağamalı isə hesab edir ki, polisə qarşı müqavimət cahilliyin göstəricisidir. Onun fikrincə, belə insanlar çox deyil və onlar qaragüruhdur: "Bu məsələnin təhlükəli tərəfi odur ki, bu insanlar epidemiya olmasına inamsızlığı yaymaqla birgə, digərlərini də buna inandıraraq virusa yoluxanların sayının artmasına vasitə olurlar".

F.Ağamalının "Turan" agentliyinə deməsinə görə, digər tərəfdən, belə şəxslər sosial şəbəkələrdə də video yayımları ilə zərərli tendensiya yaradırlar: "Mənə belə gəlir ki. bunlara qarşı ölkə qanunları çərçivəsində addımlar atmaq lazımdır. Heç kimə və heç kəsə güzəşt etmək olmaz. Başa düşməyən, maarifləndirmə xətti ilə Operativ Qərargahın tövsiyə və tapşırıqlarına tabe olmayanlara artıq qanunun sərt üzü tətbiq edilməlidir".

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 406 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Hazırkı dövrədək Azərbaycanda 7 min 553 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 88 nəfər vəfat edib.(azadliq.org)

caspi1.org

Category: SİYASƏT . | Views: 41 | Added by: ruslantalish7 | Tags: Caspi1.org  xəbər agentliyi . | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  June 2020  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
282930

Entries archive

Site friends

Copyright MyCorp © 2020