Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

«  February 2021  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 3
Guests: 3
Users: 0

DİQQƏT!!!  ASTARA RAYON POLİS ŞÖBƏSİNİN RƏİSİ POLİS POLKOVNİKİ CƏNAB AZƏR CAHANGİROVA AÇIQ MÜRACİƏT

DİQQƏT!!!  ASTARA RAYON POLİS ŞÖBƏSİNİN RƏİSİ POLİS POLKOVNİKİ CƏNAB AZƏR CAHANGİROVA AÇIQ MÜRACİƏT

Hörmətli Azər müəllim! Fürsətdən istifadə edərək yeni təyinatınız münasibətilə sizi təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.

Rəisi olduğunuz ARPŞ -nin fəaliyyətindən bir blogger, ictimai fəal kimi sadə vətəndaşlar tərəfindən son zamanlar bizə  olan müraciətlərin sayı xeyli artmışdır.Müraciətlər bir qayda olaraq, bir qrup  şöbə əməkdaşlarının  xoşagəlməz davranışları və işlərinə qeyri-ciddi, peşəkar yanaşmamaları ilə əlaqələndirilir.Əlbəttə,  biz müəyyən çatışmamazlıqlar ucbatından ARPŞ-nin  ümumi fəaliyyətinə kölgə salmaq istəməzdik.Amma, sadə vətəndaşlar tərəfindən bizə olan müraciətlərin mahiyyəti,özündə  ehtiva etdiyi məsələlərin bu cür həssas məqamlarda cəmiyyətdə tədricən ümumi narazılığa səbəb olacağını güman etdiyimiz üçün sizə bir vətəndaş kimi müraciətlə çıxış etməyi özümüzə borc bildik.
Məsələn, qazi anası olduğunu iddia edən bir xanım, bir neçə gün öncə  tanışından müharibə dönəmində aldığı 450 manat faizi geri qaytara bilmədiyinə  görə Şöbənin ondan yuxarı əməkdaşlarnın  evinə basqın etdiyini şikayət edir.Cəmiyyətimizin  cari müharibədən sonra  şəhid və qazi , eləcə də onların ailə və yaxınları ilə bağlı məsələlərdə necə həssas olduqlarını nəzərə alaraq , xanımın müraciətini ictimailəşdirməyi təxirə saldıq.
Yaxud, əlliliyə görə 110 manat pensiya ilə dolanan bir ağbirçək qadın, həmkəndlisinin xahişi ilə illər öncə ona zamin duraraq bankdan kredit götürməsinə yardımçı olduğunu bildirir.Daha sonra krediti götürən şəxs banka ödəniş etməkdən yayındığı üçün zavallı qadının əlilliyə görə müavinəti bank tərəfindən bloklanmışdır.Beləcə xanım talehin ümidinə buraxılmış durumda qalmışdır.Çıxış yolunu məhkəməyə müraciət etməkdə görən xanımın iddiası məhkəmə tərəfindən təmin edilərək, qarşı tərəfin xanıma dəymiş zərəri ödəməli olduğu barədə qətnamə çıxarılmışdır.Lakin təəssüflər olsun ki, hələ də məhkəmənin qərarı icra olunmamaqdadır.Məsələnin maraqlı tərəfi ondadır ki, cavabdeh şəxs kənddə öz ailəsi ilə firavan dolandığı halda,  zavallı zərərçəkmiş qadın isə küçələrdə sürünür.
Biz, dəfələrlə ARPŞ əməkdaşlarının ən mürəkkəb cinayət hadisələrinin üstünü yüksək peşəkarlıqla açdığının şahidi olmuşuq.Kənddə rahat şəkildə yaşayaraq yaşlı bir qadının iztirab çəkməsinə səbəb olan birinin hələ də Şöbə əməkdaşları tərəfindən tutularaq məhkəməyə təqdim olunmaması təəssüf doğurur.
Ümidvaram ki, fəaliyyətiniz dönəmində cəmiyyətdə ümumi narazılıq yaradacaq bu cür məsələlər ciddi nəzəri-diqqətinizdə olacaq, özünüzdən öncəki rəislərin sizə miras buraxdığı çatışmamazlıqların aradan qaldırılması üçün əməlli səylər göstərəcəksiniz.

Hörmətlə , UMAR ALİ

11 Apr 2021 в 18.13.04
77
Добавил ruslantalish7
Оценок нет
Теги: UMAR ALİ
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft