Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Doktor-Həşim NƏSİROV haqqında

Doktor-Həşim NƏSİROV haqqında .

Nəsirov Həşim İmaş oğlu 1951-ci ilin mart ayının 19-da Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. Atası İMAŞ kişi dövrünün açıq gözlü,həyat və onun mənasını son dərəcə yüksək səviyyədə duyan,cəmiyyət arasında nüfuz sahibi kimi tanınan bir şəxs idi(ruhu şad olsun!)İki-üç qız övladından sonra Həşimin dünyaya gəlməsi ailəyə dünya böyüklükdə sevinc gətirmişdi!Qohum –qardaşın sevinci yerə-göyə sığmırdı!Ən çox sevinən isə ŞAHNAZ ana idi!(Cənnətməkan olsun!)Onu tanıyanlar çox gözəl bilirlər ki,bu ana ,sözün əsl mənasında, ANA mücəssəməsi idi.Qonaq-qaralı olan bu evə qədəm qoyan hər kəsə bir parça yavan çörəyi də BAL dadında verməyi bacaran səmimi,mehriban,hamının anasına,bacısına çevrilən bir qadın idi ŞAHNAZ ana!

Hamı kimi Həşim də illərin qanadlarında pərvazlanıb məktəb yaşına çatdı.O zaman Çeşman kəndində heç ibtidai məktəb də yox ini.O kənd Züvüç kəndinə çox yaxın idi.O kəndin uşaqları ilə Züvüç uşaqları həmişə bir yerdə olar,oynayar,bir məktəbdə təhsil alardılar.1958-ci ildə Həşim Züvüç kənd 8-illik məktəbinin birinci sinfinə daxil olur,1966-cı ildə 8-ci sinfi tamamlayıb sənədlərini o zaman sovetliyin ərazisində yerləşən yeganə orta məktəb olan Biləvər kənd orta məktəbinə təqdim edir və 1968-ci ildə həmin məktəbi müvəffəqiyyətlə tamamlayır.Şagirdlik illərində Həşim savad,davranış və mədəniyyəti ilə yoldaşlarına nümunə ola bilən bir şagird kimi tanınmışdı.Bütün fənlərin sirlərini öyrənməyə cəhd etsə də,kimya,biologiya,fizikaya daha çox meylli idi.Bu sahəyə meyliylə bağlı sualıma Həşim belə cavab verdi:”Mərhum anam mənə qəti olaraq tapşırmışdı ki,sən mütləq həkim olmalısan.İnsanların saölamlıq keşiyində durmaq qədər dəyərli,savab bir sənətə yiyələnmək sənin həyat amalın olmalıdır..”

Həşim Nəsirov da orta təhsilini tamamladıqdan sonra sənədlərini Azərbaycan Dövlət Tibb İnstitutuna təqdim etdi.İmtahanları müvəffəqiyyətlə versə də,müsabiqədən keçə bilmədi.Onun müqəddəs arzusunun gerçəkləşməsinə o dövr üçün xarakterik olan bəzi əngəllərlə üzləşsə də,şəxsi prinsipiallığı ilə seçilən Həşim arzularının ünvanında mübarizəni davam etdirdi,nəhayət,1973-cü ildə özünün ən müqəddəs arzularından birinə-unudulmaz tələbəlik illərinin qoynuna atılası oildu.O,1979-cu ildə ali təhsilini tamamlayıb doğma Leürik rayonuna təyinatla qayıdası oldu.

Həşim həkimlik sənətinə başladığı ilk gündən kollektivin və rayon ictimaiyyətinin dərin hörmət və nüfuzunu qazanası oldu.Sənətinin mahir bilicisi olan Həşim həkim qazandığı bilik,əldə etdiyi təcrübənin vəhdəti əsasında Lerikin mərkəzi xəstəxanasında ad-san qazanan həkim kimi tanınır.Xəstə üçün hər zaman onun qapısı açıq olmuşdur 24 saat müddətində döyülən qapısı şəfa ümidiylə ona müraciət edənlərə taybatay açılmışdır.Həşim həkim indi də yorulmaq bilmədən çalışır,bir həkim kimi xalqının sağlamlıq keşiyində şərəflə dayanır!

Həşim həkim həm də gözəl ailə başçısıdırr. Onun üç övladı vardır.Böyük oğlu Rəşad dənizçidir,gəmidə işləyir,ikinci oğlu Namiq hərbçidir,doğma torpaqlarımızın,bütövlükdə Vətənimizin keşiyində şərəflə durur,xalqımıza xidmət edir.

Doktor Həşim haqqında belə geniş yazı hazırladığına görə Rövşən Ağayevə təşəkkür. edirik.

Bir 1 nəfər və içəridə şəkili ola bilər

Lerikimiz

19 May 2022 в 16.16.10
65
Добавил ruslantalish7
Оценок нет
Теги: Lerikimiz
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft