fd
CASP1.ORGFr, 25 Sep 2020, 21.38.04
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


21.07.55
Elman Nəsirov mandatdan məhrum edilsin — SƏRT AÇIQLAMA

Elman Nəsirov mandatdan məhrum edilsin — SƏRT AÇIQLAMA

"Xalqı təhqir edən bu şəxs cəzalanmalı, mandatı əllərindən alınmalıdır”.


Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirovun onun əvvəllər səsləndirdiyi bəzi fikirlərinə müxtəlif səpkidə münasibət bildirənlərə "məni tənqid edənlər 30 min ermənidən törəyənlərdir” deməklə etik çərçivəni aşanreaksiyasına münasibət bildirərkən Fərqli Vətəndaş Hərəkatının rəhbəri Günel Səfərova deyib: "Cəmiyyətimiz Elman Nəsirovdan bu cür sayıqlamalar eşitməyə öyrəşib. Çox təəssüf ki, bəzi vəzifəli şəxslər, xalqı təmsil edənlər, məmurlar xalqı aşağılayan, təhqir edən ifadələr işlədir. Heç kəs Elman Nəsirovun fikirlərinə o qədər də ciddi yanaşmır.Azərbaycan mühüm beynəlxalq təşkilatların üzvüdür və bir sıra beynəlxalq paktlara imza atmışıq. Hər hansı bir millətin kökü ilə bağlı onlara ksenofobik yanaşma tərzi rəsmi şəxs tərəfindən səsləndiriləndə belə hallar hesabatlarda qeyd olunur və bu müstəvidə də ölkəmizə əlavə problemlər yaradır. Boş-boş sayıqlamalarla çıxış edən bu şəxs bilir ki, həmin fikirləri cəmiyyət tərəfindən gülüş obyektinə çevriləcək”.


G. Səfərova yüksək vəzifəli şəxslərin dövləti və xalqı aşağıladığı üçün Daxili İşlər Nazirliyi (DİN), Dövlət Təhlükəsizlik Xidməti (DTX) və Milli Məclis rəhbərliyinə rəsmən müraciət etmək niyyətində olduğunu dedi: "Bu yaxınlarda biri də xalqa "it sürüsü” demişdi. Elman Nəsirov, Fazil Mustafa bunlara görə xalqdan üzr istəməlidir. Bu məsuliyyətsiz çıxışların siyasi tərəfi də var. Tam haqlı olaraq qeyd edirik ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Qarabağ ərazimiz olduğundan orada yaşayan qeyri millətlər də Azərbaycan vətəndaşlarıdır.Belə olan halda, həmin insanları təhqir etməyimiz Azərbaycana heç də başucalığı gətirmir”.


Həmsöhbətimizin fikrincə, adını millət vəkili qoyduğumuz təyinatlı deputatların belə çıxışlarından sabah Azərbaycan əleyhinə istifadə olunacaq: "30 min ermənidən törəmə demək nə deməkdir? Bu adam həmin sözün məsuliyyətini dərk edir? Dərk etmir. Onun bu sərsəmləsinin Azərbaycan üçün heç bir xeyri yoxdur. Xalqı təhqir edən bu şəxslər cəzalanmalı, mandatı əllərindən alınmalıdır. Kim onu təyin edibsə, çağırıb qulağını bursun ki, xalqı təhqir etmək olmaz”.


"Üzr istəməli, ən azından dediyi sözlərə açıqlıq gətirməlidir”.


Bunu isə sayta açıqlamasında hüquqşünas Fərhad Mehdiyev deyib. O qeyd edib ki,Elman Nəsirovun bu fikirləri siyasi məsuliyyət yaradan haldır. Hüquqi məsuliyyət isə yaratmayacaq: "Çünki, o deputatdır, toxunulmazdır. Buna görə də onu məsuliyyətə cəlb etmək demək olar ki, mümkün olmayacaq. Təbii ki, Elman Nəsirovu xalq seçsəydi o bu cür sözlər səsləndirməyəcəkdi. İnandırım ki, E. Nəsirov o sözləri bilib deyir. Normalda o, savadlı insandır. Bu sözlər də savadlı insanın deyəcəyi sözlər deyil. O hansısa bir sifarişlə danışır. E. Nəsirovun xalqdan üzr istəyəcəyini gözləmirəm.Əslində isə üzr istəməli, ən azından dediyi sözlərə açıqlıq gətirməlidir. Ermənilərlə müharibədəyik, onlarla düşmən vəziyyətindəyik. Amma bu düşmənçiliyi etnik düşmənçiliyə çevirməməliyik, xüsusən də rəsmi şəxslər tərəfindən”.


"Ayıb olsun”. Bu sözlər isə Ümid Partiyasının sədri İqbal Ağazadəyə məxsusdur:

 
"Elman Nəsirov ayılıbsa çıxıb üzr istəsin. Adamın fikrini tənqid də edərlər. Bundan ötrü insanları təhqir etməkmi lazımdır? Ayıb olsun. Bir millət vəkilinə, elmlər doktoruna heç də yaraşmayan hərəkətə yol verib. Çıxıb üzr istəsin. Bu bizim xoşməramlı yanaşmamızdır. Amma Elman Nəsirov kimi də danışa bilirik”.


"O öz çıxışları ilə artıq neçənci dəfədir ki, cəmiyyətdə qıcıq oyadır”.

 
Bunu isə ictimai-siyasi xadim Bəxtiyar Hacıyev söyləyib: "Düşünürəm ki, Elman Nəsirovun açıqlamalarını özünə hörmət edən heç bir şəxsbundan sonra şərh etməməlidir. Bu ilk dəfə deyil. Elman Nəsirov bəsit, dayaz, hədəfsiz açıqlamaları ilə artıq neçənci dəfədir ki, cəmiyyətdə qıcıq oyadır. Artıq bundan sonra onu müzakirə etmək lazım deyil”.(sfera.az)

caspi1.org

Category: SİYASƏT . | Views: 100 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  July 2020  »
SuMoTuWeThFrSa
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Entries archive

Site friends

Copyright MyCorp © 2020