fd
CASP1.ORGSu, 27 Sep 2020, 03.51.49
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [12]MƏDƏNİYYƏT . [10]
SİYASƏT . [45]SOSİAL . [5]
TOLOŞON SƏDO . [2]TMH . [4]
ÖLKƏ XƏBƏRLƏRİ . [9]RTMM . [0]
Qedim tarixi [0]Orta esrler tarixi (7-15 asrler) [0]
Orta esrler tarixi (16-18 asrler) [0]Talish xanligi tarixi . [0]
Talish xalqi Car rusiyasi dovrunde. [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish milli-madani dircalish dovru (XX asrin 20-30-cu illeri) [0]Talish tarixi XX asrin 40-ci - 80-ci illerin sonu. [0]
TARİX
Talish tarixi 1993-2020-ci iller . [0]Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]
Musteqil Azerbaycan dovrunun ilk illerinde talish mili-madani dircalishi (1988-1993-cu iller). [0]Xarici Dildə Məqalələr [2]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


17.47.05
Etnik mənsubiyyət, demokratiya və Azərbaycanda müxalifətin bu barədə havası

Etnik mənsubiyyət, demokratiya və Azərbaycanda müxalifətin bu barədə havası .

Millətçilik bəşəriyyətdə ola bilsin nə vaxtsa lazım olub. O da siyasətçilərə. İndi bunun davasını eləmək üzü küləyə tüpürmək kimidir. Dünyada milli kimlik artıq etnik yox, vətəndaş mənsubiyyəti üzərində rəsmiləşib. Qeyrisinə bir quş. Lakin bu o demək deyil ki, kimsə milli kimliyini yaşatmasın. Bu hamının yaşamaq, hava udmaq kimi təməl haqqıdır. Bir insanı nəfəs almağa qoymasan, nəticədə o boğulub öləcək. Elə millətlər də belədir. Onlara öz etnos kimliyini yaşatmağına əngəl olunsa, allah eləməmiş bu əngəl effektli olsa, o millət öləcək. Bu heç, bu ümumi yanaşma idi. İndi isə keçək Azərbaycana. 
Azərbaycanda isə vəziyyətinin necə olması barədə bu cümlədən  sonra yazdıqlarımdadır. Azərbaycanda siyasi vəziyyətin necə olmasının hamınız bilirsiniz də. Bilməyənlər də bilənlərdən soruşsun. Əgər kimsə öz aləmində barəmdə  “xıtrıy trus” çıxartmaq barədə nəsə yazmağ istəsə, indidən o adamların içində qoyum da. Azərbaycanda demokratiya yoxdur. Buna  da iki quş. Hakimiyyət demokrat deyil , elə bilirsiniz ki, müxalifət demokratdır ki? Əgər elə bilirsinizsə yazığlar sizə. Bəli, müxalifətdə demokrat düşüncəli adamlar var. Onlara isə eşq olsun. Lakin əfsuslar olsun ki, eşqinə əl çalası olduqlarımız o cəbhədə səsləri boğulan təbəqəyə döndülər. Daha doğrusu döndürüldülər. Bu demokratiyaya aid məsələdə müxalifətə baxanda iqtidarın atasına rəhmət. Adamlar nədirsə budurlar. Həm də müxalifətdən fərqli olaraq millətçi deyillər. Azərbaycanda birinci say etniklərdən fərqli olaraq sonrakı  say etniklərin konstitusiyada da göstərilən haklarlnın təmini onlara ana  dilində danışmağı və şer yazmağı qadağanın olmaması sevincindən sonra yerdə qalan hakları  bərbad  gündədir. Məsələn Azərbaycan vətəndaşı olan talışların  iqtidarı demokrat olmamaqda qınayıb,  özü iqtidar olmaq istəyən müxalifət partiya və birliklərinə hakimiyyətə gələcəkləri təqdirdə bunu nə dərəcədə təmin edəcəklərini  bilmək üçün açıq şəkildə müraciət  formatında sorğular olub. Hələ də cavab verilməyən sorğu. Onlar da  elə bilirlər ki, bu açıq sorğunu eşitməzdən gəlsələr, buna  cavab verməsələr bu məsələ yox kimi sayılar. Təpəniz haqqı  elə. Bu məsələyə belə qəribə də cavabları var . Deyirlər ki, "«olkodo osos mosolo domokratoya”dır. Etnik mənsubiyyətinin yaşamasını tələb  edən adamları ,  onlara qoşulmağa dəvət edirlər.  Mədəni formada desək, hiyləgərcəsinə hakimiyyətə gəlmək üçün özlərinə massa yığırlar. A kişi, bura Şərqdir, müsəlmanlar yaşayan yer. Burada demokratiyanın olacağı hələ ki, heç üfüqlərdə də görünmür. Sənin ölkəndə demokratiya olana kimi camaatın dili ölüb gedəcək . Bu ölüm ölkənin gözəlliyinin ölümü olacaq. Çirkin ölkədə yaşamaq istəyirsiniz deyəsən. Əks halda öz konstitutsiyon haqqı barədə yazan adamlara şərəfsizcəsinə separatçı deməzdiniz. Mən burada çoxunu müşahidə edirəm. Liberal adı altında milliyyətçi xislətlərini yaşadırlar. Hələ dəfələrlə gözəl dövlət dilimizin adını dəyişib ölkədə yaşayan birinci say etnosun adında yazılmasını tələb edirlər. Qardaşlar, bizim dövlət dilimizdə  türk sözləri nə qədərdir bilmirəm. Amma dilimiz türk dili deyil. Türk dilidir dediyimə inanmayanlar gedib yakut, şor və  çuvaş adlı xalqla  danışsınlar. Əgər onların gün ərzində durmadan danışdığından üç cümləlik nəsə anlasalar bu statusu silməsəm məndən pis adam yoxdur. 
Dilimiz barədə dəqiq analiz  yazı isə növbəti statusda. 
Bu statusuma görə  kimsə məndən inciyər bəlkə də. Cəhənnəmə incisin .


Fuad Cəlilov .

caspi1.org 

Category: SİYASƏT . | Views: 138 | Added by: ruslantalish7 | Tags: Fuad Cəlilov | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  May 2020  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Entries archive

Site friends

Copyright MyCorp © 2020