fd
CASP1.ORGTh, 26 Nov 2020, 13.20.04
Welcome Guest | RSS
Site menu

Section categories
TARİX . [15]MƏDƏNİYYƏT . [15]
SİYASƏT . [54]SOSİAL . [6]
TOLOŞON SƏDO . [5]TMH . [5]
ÖLKƏ XƏBƏRLƏRİ . [18]RTMM . [1]
Talish xanligi tarixi . [0]Mugan Sovet Respublikasi tarixi . [3]
Talish-Mugan Muxtar Respublikasi tarixi . [0]Xarici Dildə Məqalələr [2]
[0]

Our poll
Rate my site
Total of answers: 2

Statistics

Total online: 1
Guests: 1
Users: 0


21.46.56
“Fəxrəddin Abbasov dərin sarsıntı keçirirdisə, xəstəxanaya yerləşdirilməli idi”
Fəxrəddin Abbasov

 

Başlıq: Fəxrəddin Abbasov

“Fəxrəddin Abbasov dərin sarsıntı keçirirdisə, xəstəxanaya yerləşdirilməli idi”

Müəlliflər: Meydan TV

 

Penitensiar Xidmətin açıqlaması şübhələrə yol açıb

Ədliyyə Nazirliyinin Pentensiar Xidməti noyabrın 9-Qobustan həbsxanasında ölmüş tarixçi Fəxrəddin Abbasov barədə məlumat yayıb. Pentensiar Xidmət yaydığı məlumatda bildirib: “F.Abbasov həbsxanada saxlanıldığı son dövrlərdə Ordumuzun uğurlu əks-hücum əməliyyatlarını və torpaqlarımızın azad edilməsi xəbərlərini hiddətlə qarşılayıb, Şuşa şəhərinin işğaldan azad olunmasından isə dərin psixoloji sarsıntı keçirib və özünə qəsd etməyə əl atıb”.

Lakin bu xəbərə şübhə ilə yanaşanlar var.

Hüquqşünas Ruslan Əliyev deyir ki, paylaşılan rəsmi məlumat detallı deyil və mərhum barədə də mənfi fikir yaradır:

“Bir şəxs dövlətin nəzarəti altına keçdiyi andan onun həyatına görə məsuliyyəti dövlət daşıyır. Hazırkı vəziyyətdə hansısa halları sadalamaq yox, faktları təqdim etmək lazımdır. Pentensiar Xidmət bildirir ki, Abbasov Azərbaycan ordusunun uğurlarından hiddətlənibmiş. Azərbaycan ordusunun uğurları da 27 sentyabrda başlayıb. Mərhumun ölümünə qədər 42 gün keçib. Rəhbərlik Abbasovun düşüncəsini bilirdi və bu 42 gün ərzində önləyici tədbirlər ala bilərdi. Həmçinin onun psixoloji sarsıntı keçirdiyi rəyini kim verib? Bu, necə ölçülüb? Bu müddətdə həm də onun yanına iti əşyaların buraxılmaması ciddi nəzarətə götürülməli idi. Digər tərəfdən, Abbasov öncədən yaxınlarına bildirmişdi ki, o öldürülə bilər. Bu xəbər də geniş yayılmışdı. Bu, onu göstərir ki, həm qətl, həm də intihar riski olmasına baxmayaraq həbsxana rəhbərliyi bu hallara biganə yanaşıb”.

Azərbaycan Talışlarının İctimai Şurasının həmtəsisçisi Hilal Məmmədov isə bildirib ki, Pentensiar Xidmətin yaydığı məlumat nə hüquqi, nə də etik meyarlara sığır.

“Bu məlumat onu yayanların üstündə cinayət məsuliyyəti yaradır. İnanıram ki, ədalətli istintaq aparılacaq. Bu cür saxta, məntiqsiz, qeyri-etik bəyanat müəllifləri və Abbasovun qətlinin baiskarları məsuliyyətə cəlb ediləcək. Əgər həqiqətən də Abbasov dərin psixoloji sarsıntı keçirirdisə, o, xəstəxanaya yerləşdirilməli və xüsusi qaydada nəzarət edilməli idi. Amma bunların heç biri edilməyib. Ona görə də bu rəsmi bəyanatın heç bir əsası yoxdur”.

“Pentensiar Xidmətin bəyanatından məlum olur ki, onlar Abbasovun intihara doğru getdiyini görüblər və buna heç bir müdaxilə etməyiblər. Gözləyiblər ki, adam özünü öldürsün, sonra da desinlər ki, bizlik deyil”., – talış fəal və jurnalist Rahim Şaliyev dövlətin məsuliyyətinə diqqət çəkib. O həmçinin bildirib ki, daha əvvəl “Real tv” və “Yeni Müsavat” kimi hökümətyönümlü media orqanları mərhum barədə cəmiyyətdə mənfi rəy yaratmağa çalışıb:

“Bir məsələyə də diqqət çəkim ki, “Yeni Müsavat”da gedən yazılar və Pentensiar Xidmətin bəyanatındakı mətn bir-birinə o qədər oxşardır ki, sanki eyni adam tərəfindən yazılıb. Üstəlik Pentensiar Xidmətin bəyanatında da Abbasova qarşı mənfi rəy yaradacaq sözlər yer alıb ki, bu da araşdırmanın etibarlığını şübhə altına alacaq digər haldır”.

Rusiya Talış Federal Mədəni Muxtariyyətinin prezidenti İsmayıl Şabanov isə Abbasovun dini əqidəsinə diqqət çəkib:

“Abbasov dindar, möhkəm və əqidəli insan idi. İslam dinində isə özünü öldürmək haramdır. Həm bu, həm də digər məlum səbəblərə görə mən bu cəfəngiyyata inanmıram. Abbasov öldürülüb. Bu birmənalıdır”.

Rəsmi məlumatlara görə, 1956-cı il təvəllüdlü, Fəxrəddin Abbasov 1993-cü ildə separatçı “Talış Muğan Muxtar Respublikası”nın parlament sədri olub. 1994-cü ildə Azərbaycanı tərk edib.

2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın müvafiq qurumlarına müraciət etsə də, vətəndaşlıq ala bilməyib. Uzun müddət Rusiyada yaşayan F.Abbasov haqqında ötən ilin fevralında deportasiya qərarı çıxarılıb.

Rusiyadakı vəkilləri bunun qanunsuz olduğunu və Abbasovun oğurlandığını bildirib.

O, Cinayət Məcəlləsinin “dövlət əleyhinə yönəlmiş açıq çağırışlar, və milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması maddələri ilə ittiham edilib.

2019-cu il iyulun 14-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Fəxrəddin Abbasov həbs edilib.

“Amnestiy İnternational” təşkilatı Abbasovu siyasi məhbus kimi tanıyıb və həbsini qanunsuz sayıb. Onun dərhal azad edilməsinə çağırış edib.

Abbasov 1994-cü ilə qədər BDU-da müəllim kimi işləyib. Azərbaycanda ilk Politologiya dərsliyinin müəllifi hesab edilir. Talış dilinin qrammatikası və lüğəti ilə bağlı bir-neçə kitab nəşr etdirib. 200-dən çox elmi, siyasi və fəlsəfi məqalənin müəllifidir.

Daha əvvəl, 2009-cu ildə digər talış akademik Novruzəli Məmmədov müəmmalı şəkildə həbsdə həlak olmuşdu. Avropa Məhkəməsi 2019-cu il, fevralın 21-də Azərbaycan hökumətini Məmmədovun ölümünə görə cərimələyib.

Category: SİYASƏT . | Views: 25 | Added by: ruslantalish7 | Tags: caspi1.org | Rating: 0.0/0
Total comments: 0
avatar
Log In

Shopping cart
Your shopping cart is empty

Search

Calendar
«  November 2020  »
SuMoTuWeThFrSa
1234567
891011121314
15161718192021
22232425262728
2930

Entries archive

Site friends

Copyright MyCorp © 2020