Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Gəncədə nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Qər

Gəncədə nasir, şair, publisist, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Qərib Mehdiyevin 85 illik yubileyi qeyd olunub.

Kanalımızın xəbərinə görə, Məhsəti Gəncəvi Mərkəzində keçirilən yubiley gecəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Niyazi Bayramov yubilyarı səmimi-qəlbdən təbrik edərək bildirib ki, Qərib Mehdinin yaradıcılıq nümunələri Gəncə və gəncəlilər üçün çox əzizdir. O qeyd edib ki, şair zəhmətkeş insan olaraq, müxtəlif illərdə, fərqli sahələrdə öz bacarığını sınamış, ən sonunda jurnalist kimi fəaliyyət göstərmiş, şair, publisist və dramaturq kimi tanınır. Şəhər rəhbəri yazıçının qələmə aldığı hekayə və pyesləri, müəllifi olduğu şeir və məqalələrin geniş oxucu kütləsi tərəfindən dəyərləndirildiyini xüsusilə vurğulayıb. Sonda Niyazi Bayramov Qərib Mehdini 85 illik yubileyi münasibətilə təbrik edib, ona uzun ömür, cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.

Tədbirdə çıxış edən natiqlər Qərib Mehdinin həyat və yaradıcılığına nəzər salıb, onun əmək fəaliyyəti haqqında danışıblar. Bildirilib ki, Qərib Mehdiyev yaradıcılığa 1958-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetində dərc etdirdiyi "İşığın qəzəbi" satirik hekayəsi ilə başlayıb. İlk hekayələrini Qərib, Qərib Mehdi təxəllüsləri ilə çapa verib. Ədibin "Oxşarlar" pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Qərib Mehdiyevin əsərləri bir çox xarici dillərdə nəşr olunub.

Daha sonra tədbir iştirakçıları ömrünü yaradıcılığa həsr edən Qərib Mehdini 85 illik yubileyi münasibətilə təbrik edərək ona xoş arzularını diləyiblər və hədiyyələr təqdim ediblər.

Yubiley gecəsində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Göygöl Mahnı və Rəqs Ansamblının muğam üçlüyünün təqdimatında xalq və bəstəkar mahnıları səslənib.

Sonda Qərib Mehdi şəhər rəhbərliyi başda olmaqla tədbirin təşkilində əməyi keçən hər kəsə öz dərin təşəkkürünü bildirib.

22 Jan 2022 в 08.33.26
49
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi1.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft