Новости школы

Корзина

Ваша корзина пуста

Поиск

Вход на сайт

Календарь

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Gəncə Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi və Yunus Əmrə” mövzusunda Beynəlxalq elmi konfrans

Gəncə Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş “Nizami Gəncəvi və Yunus Əmrə” mövzusunda Beynəlxalq elmi konfrans keçirilib.

Müxbirlərimizin xəbərinə görə, konfrans Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin və İstanbul Universitetinin təşkilatçılığı ilə reallaşıb. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, İstanbul Universitetinn rektoru, professor Mahmut Ak, İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, millət vəkili Pərvin Kərimzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Universitetin akt zalında öz işinə başlayan Beynəlxalq konfrans Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq qonaqları salamlayıb və Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan xalqının göstərdiyi şücaətdən danışıb. O bildirib ki, istər müharibədən əvvəl, istərsə də müharibə dövründə qardaş Türkiyənin, eləcə də şəxsən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanı dəstəkləməsi iki qardaş ölkənin həmişə bir yerdə olmasının göstəricisidir. Daha sonra rektor Nizami Gəncəvi ili çərçivəsində keçirilən konfransın əhəmiyyətindən danışıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək, əsərlərində insanları daim sülhə, sabitliyə səsləyən dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq şairin vətənində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Şəhər rəhbəri konfransın işinə uğurlar arzulayıb.

Daha sonra Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, İstanbul Universitetinin rektoru, professor Mahmut Ak, İzmir Katip Çelebi Universitetinin rektoru, professor Saffet Köse, Gəncə Dövlət Universitetinin müəllimləri Vüsal İsgəndərov və Bayram Apoyev, İstanbul Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor İlyas Topsakal çıxış edərək Nizami Gəncəvinin 880 illiyinə həsr olunan konfrans haqqında danışıb, şairin əsərlərindən nümunələr səsləndirərək təhlillər ediblər.

Nizami Gəncəvi və Yunus Əmrə panellərində İstanbul Universitetinin Türkşünaslıq İnstitutunun direktoru Mustafa Balçının, həmin universitetin ədəbiyyat fakültəsinin dekanı Hayati Develinin məruzələri dinlənilib.

Məruzələr yekunlaşdıqdan sonra Gəncə Dövlət Universitetinin 5-ci tədris binasında yerləşən “Yunus Əmrə” adına mühazirə otağının, həmçinin universitetin əsas tədris binasında “Nizami Gəncəvi” adına konfrans zalının açılışları olub.

Konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Mədəniyyət 

07 Dec 2021 в 00.32.24
36
Добавил ruslantalish7
Оценок нет
Теги: Mədəniyyət
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft