Gənc ziyalımız İsayev Nicat Zəkəriyyə oğlu 1992-ci il 22 iyulda Lerik rayonun Çayrud kəndində anadan olub
Gənc ziyalımız İsayev Nicat Zəkəriyyə oğlu 1992-ci il 22 iyulda Lerik rayonun Çayrud kəndində anadan olub.
2009-cu ildə Bakı şəhərin Xəzər rayonun Binə qəsəbəsində 218 saylı tam orta məktəbi bitirib. Ali təhsilini 2013-cu ildə Bakı Dövlət Universitetində kimya fakültəsinin bakalavr, 2015-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “analitik və fiziki kimya” ixtisasın magistratura, 2019-cu ildə isə AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “kimya mühəndisliyi və texnologiyası” üzrə doktorantura pilləsini bitirib.
İxsas üzrə 4 vəsaitdə, 10 elmi əsərdə həmmüəllifdir. Bu müddət ərzində:
2016-ci il 15-21 avqustda Türkiyənin Mersin şəhərin Mersin Universitetində “28-ci Ulusal Kimya Kongresi”də
2019-cu il 10-13 sentyabrda Türkiyənin İstanbul şəhərin Yıldız Teknik Universitetində “31-ci Ulusal Kimya Kongresi”də
2019-cu il 2-4 oktyabrda AMEA-nın Neft Kimya Proesləri institutunda “Müasir kimyanın aktual problemləri” mövzüsünda konfranslarında iştirak edib.
2021-ci il 9 oktyabrda “Gənclər və İdman Nazirliyin” Bakı Əl Oyunları Sarayında keçirdiyi “İdeya var” gənclərin 3-cü Ümümrespublika elmi-yaradıcılıq müsabiqəsinə təqdim etdiyi iş qalib layihələr sırasında yer almışdı.
2022-ci il 26-29 mayda Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının "Yaşıl" texnologiya nominasiyası üzr təqdim etdiyi layihə final mərhələsində uğur qazanmışdı.