Новости школы

Категории раздела

Поиск

Вход на сайт

Календарь

«  July 2022  »
SuMoTuWeThFrSa
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

Наш опрос

Rate my site
Всего ответов: 4

Статистика


Total online: 1
Guests: 1
Users: 0

Güləş üzrə dünya çempionu Masallılı,Mişkəmi kəndinin 18 yaşlı sakini Ruzanna Məmmədovaya

Ruzanna

Güləş üzrə dünya çempionu Masallılı,Mişkəmi kəndinin 18 yaşlı sakini Ruzanna Məmmədovaya...

Azərbaycan balası talış qızı Ruzanna!

Rəqibin baş bəlası talış qızı Ruzanna!

Milyonların arzusu talış qızı Ruzanna!

Yeni güləş ulduzu talış qızı Ruzanna!

Çəkdi göyün üzünə Azərbaycan bayrağın,

Şöhrətini qaldırdı göylərə bu torpağın

Çırpdı rəqiblərinin kürəyin bir- bir yerə,

Yazdı Azərbaycanın adını üfüqlərə.

Xəbərlərin nurlusu talış qızı Ruzanna!

Atəşlisi,qorlusu talış qızı Ruzanna!

Gənclərin qürurlusu talış qızı Ruzanna !

Hünərlisi,varlısı talış qızı Ruzanna !

Müşk- ənbər qoxuyur Mişkəminin havası,

Hər addımda çalınır Azərbaycan havası.

Ruzi- bərəkət yağır hər addımda burada,

Sənətkarlar,ustalar burda çıxır parada .

Mayası halal çörək- talış qızı Ruzanna!

El- obaya dağ- dirək talış qızı Ruzanna!

Yaponlara "göz dağı" talış qızı Ruzanna!

Talış dağı oylağı talış qızı Ruzanna!

Azərbaycan Anteyi,doğulan yeni Tomris,

Zirvələrə yürüşdə ekizlər Bakı,Təbriz.

Dünyamızı fəth edən ana yurdun qalası!

Talış qızi Ruzanna Azərbaycan balası!

Bir 3 nəfər və mətn şəkili ola bilər

Camal Lələzoə

17 Aug 2022 в 04.58.52
45
Добавил ruslantalish7
Оценок нет
Теги: caspi.org
Комментариев нет
avatar

Официальный сайт школы №17, создано в 2016 году. .

Разработано в Divine Draft